• Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə) nümunəvi ailə modeli
    Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə) nümunəvi ailə modeli

Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə) nümunəvi ailə modeli

İki İlahi nurun evlənməsinin özünəməxsus xüsusiyyətləri vardır ki, bizləri dahi insanların gözəl rəftarları ilə tanış edir. Bu dərslər, hər birimizin həyatı üçün bilməli olduğumuz dərslərdəndir.

Əmirəl-möminin (ə) ilə Həzrət Zəhranın (s.ə) evliliyi başdan-başdan sadəlik və səmimiyyət ilə doludur. Xanımın (s.ə) cehizinin hazırlanmasından tutmuş, Peyğəmbərin (s) nikah əqdini oxumasına qədər. Həzrət Peyğəmbər (s) bu nikah əqdini məsciddə insanların hüzurunda oxumuşdu. Sonra da İmam Əlidən (ə) danışmasını istəmişdi. İmam (ə) da ayağa qalxmış, Allaha həmd etdikdən sonra bu evliliyə görə razılığını bildirmişdir.

Sonra Peyğəmbər (s) Aişə və Ümmi Səlimədən istəmişdir ki, Həzrət Zəhranı (s.ə) toy üçün hazırlasınlar. Əmmardan istəmişdir ki, yaxşı bir ətir alsın.

Həzrət Peyğəmbər (s) mələklərlə birlikdə təkbir sədaları altında gəlini bəyin evinə yola salmışdı. Həzrət Zəhra (s.ə) öz gəlin paltarını yoxsula bağışlamışdı. İmam Əli (ə) də vəlimə hazırlayıb, Peyğəmbərin (s) yardımı ilə insanlara yemək vermişdi.

Bu mübarək toyda ala biləcəyimiz dərslər:

- Toy mərasıminin sadə olması, bəyin maddi vəziyyətinə uyğun olması.

- Allahı zikr etmək və hər cür günahdan uzaq olmaq.

- Gəlinin sadə şəkildə bəzənməsi.

Əgər cütlərin ailə həyatı etiqad bünövrəsi üzərində qurularsa, daha çox mənəviyyata diqqət edərlər. Bu insanlar dünya zinətlərinə çox meyil etməzlər və əsasən öz dini vəzifələrinə diqqət edərlər.

Həzrət Zəhranın (s.ə) həyat yoldaşı modeli, hər bir müsəlman banu üçün kamil nümunədir. Xanım 9-illik ailə həyatında kamil ailə ocağının ən üstün örnəklərini bəşərə nümayiş etdirmişdi.

Həyat yoldaşına itaət etmək hər bir saleh qadının əsil vəzifəsi olmalıdır. İmam Əli (ə) Xanım (s.ə) haqqında belə buyurur: “(Fatimə (s.ə)) O, heç bir zaman məni qəzəbləndirmədi və heç bir işində məndən itaətsizlik etmədi. Həqiqətən, nə zaman ona nəzər salsam, qəm və qüssələrim aradan gedərdi”.

Həzrət Zəhra (s.ə) İmam Əliyə (ə) böyük ehtiram bəsləyirdi. O, həyat yoldaşını Mədinə əhli üçün belə tanıtmışdı: “Əli (ə) – İlahi və rəbbani İmam, bütün ariflərin, Allaha pərəstiş edənlərin, pak övladların və haqqı deyənlərin diqqət mərkəzindədir”.

Həzrət Peyğəmbər (s) buyurur ki, qadının cihadı – ərinə yaxşı həyat yoldaşı olmasındadır. Həzrət Zəhra (s.ə) evinin bütün işlərini özü yerinə yetirirdi və İmam Əli (ə) bu haqda belə buyurur: “Ya Rəsulallah! Fatimə (s.ə) o qədər su gətirir ki, müşkün bəndi sinəsində iz qoyur. O qədər dəyirmanı çevirir ki, əlləri qabar olur. Evin təmizliyi üçün o qədər çalışır ki, paltarları çirklənir və toza batır. O qədər qazanın altını yandırır ki, paltarı qara rəngə boyanır”.

Xanım (s.ə) ailə həyatı boyu İmam Əliyə (ə) dünya və axirət işlərində yardım edərdi. İmam Əli (ə) məsciddən qayıdan zaman gözü Həzrət Zəhraya (s.ə) dəyir və Xanım başını onun çiyninə qoyub buyurur: “Ruhum sənin ruhuna fəda olsun, canım sənin bəlanın qalxanı olsun, ey Əbul Həsən! Əgər yaxşı şəraitdə olsan, mən səninləyəm. Əgər pis şəraitdə olsan, mən yenə səninləyəm”.

Bu nurani sözlər hər bir saleh müsəlman qadın üçün örnək olmalıdır. Biz gərək bu iki nurani insanın ailə həyatından çox sayda ibrət dərsləri alaq. 

(Tebyan)

Sep 04, 2016 16:35 Asia/Baku
Şərhlər