Okt 19, 2017 21:11 Asia/Baku
  • Məhəmməd Fizuli qələmində Kərbəla qiyamı
    Məhəmməd Fizuli qələmində Kərbəla qiyamı

Kər­bə­la va­qi­ə­si Fü­zu­li­nin ya­ra­lı qəl­bi­nin, in­cik ru­hu­nun və dün­ya­gö­rü­şü­nün bə­dii-po­e­tik ifa­də­si­dir.

  Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığı çoxcəhətli və zəngindir. Təkcə ana dilində deyil, ərəb və fars dillərində də ölməz əsərlərin müəllifi kimi tanınan M.Füzuli klassik poeziyanın bütün forma və janrlarından bəhrələnmişdir. Füzulinin həcmcə ən böyük əsəri olan "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") əsəri tarixi zərurətdən yazılmışdır. Müqəddəs Kərbəla şəhərində dünyaya gələn şair elə orada boya-başa çatmış və dini icmalara yaxın olmuşdur. Böyük ustad bir qitəsində Kərbəlanı öz şeirinin məskəni adlandırır və yazırdı:

Ey Fü­zu­li, məs­kə­nim çün Kər­bə­la­dır, şe­i­ri­min,    Hör­mə­ti hər yer­də var­dır, xalq onun müş­ta­ğı­dır.    Nə qı­zıl­dır, nə gü­müş, nə lə­lü nə ­mir­va­ri­dir,    Sa­də tor­paq­dır­sa, la­kin Kər­bə­la tor­pa­ğı­dır.

   Mə­həm­məd Fü­zu­li bir qay­da ola­raq şe­ir­lə­rin­də ən çox Kər­bə­la­nın adı­nı çə­kir və bil­di­rir ki, bu mü­qəd­dəs şə­hər mü­səl­man­la­rın zi­ya­rət­gah ye­ri­dir, hər yer­də hör­mə­ti var, xal­qın ən se­vim­li və mü­qəd­dəs şə­hə­ri­dir.    Fü­zu­li­nin əsər­lə­rin­dən də gö­rün­dü­yü ki­mi çox bi­lik­li və eti­qad­lı şəxs olub. Bu sə­bəb­dən də şa­i­rə öz sağ­lı­ğın­da Möv­la­nə (bi­zim ağa) adı ve­ril­miş­dir. Şərqdə hör­mət əla­mə­ti ola­raq sa­yı­lan və se­çi­lən İs­lam şa­ir­lə­ri və alim­lə­ri­nə ve­ri­lən bu adın Fü­zu­li­yə də ve­ril­mə­si tə­sa­dü­fi de­yil­dir. Us­tad şa­ir bir müd­dət Nə­cəf­də, Kər­bə­la­da, "Əta­ba­ti-ali­yat" ad­lı imam­la­rın zi­ya­rət­gah yer­lə­rin­də xid­mət et­miş və "ali rə­su­lun qa­pı­sı­na" la­yiq gö­rül­müş­dür.

Ru­zi ye­yə­nik ali Rə­su­lun qa­pı­sın­da,    Bir ömür­dür, ol­muş bi­zə ru­zi mü­qər­rər.    Bu ru­zi yo­lu biz­lə­rə bağ­lan­ma­mış əs­la,    La­yiq bi­zik aləm­də be­lə ru­zi­yə yek­sər.

   M.Fü­zu­li İs­la­ma qəl­bən iman gə­tir­miş, bu di­nə son­suz eh­ti­ram və rəğ­bət bəs­lə­miş­dir. Di­nin əsa­sı və bü­növ­rə­si sa­yı­lan Qu­ra­ni-Kə­ri­min ayə­lə­rin­dən və Pey­ğəm­bə­rin, mə­sum imam­la­rın hə­dis­lə­rin­dən bəh­rə­lə­nən şa­ir öz əsər­lə­ri­nin nu­ru­nu bu mü­qəd­dəs kə­lam­lar­dan al­mış­dır. Şa­ir heç bir əsə­rin­də di­ni tən­qid hə­də­fi seç­mir, ək­si­nə, Al­la­hı il­kin var­lıq bi­lir və iri­li-xır­da­lı bü­tün epik əsər­lə­ri­ni Uca Ya­ra­da­nın adı ilə baş­la­yır. Şa­ir öz əsər­lə­rin­də ye­ri, gö­yü, ər­şi-kür­sü, can­lı və can­sız­la­rı ya­ra­dan Tan­rı­ya öz al­qı­şı­nı, dua-sə­na­sı­nı çat­dı­rır. Bü­tün bun­lar­la ya­na­şı, cə­ha­lə­ti, na­dan­lı­ğı, eti­qad sə­bat­sız­lı­ğı­nı pis­lə­yir və ru­ha­ni bir zövq ilə ya­şa­ma­ğı, mə­nə­vi pak­lı­ğa çat­ma­ğı töv­si­yə edir. 

    Qəd əna­rəl eşq lil üş­şa­qi min ha­cəl hü­da,    Sa­li­ki-ra­hi-hə­qi­qət eş­qə ey­lər iq­ti­da.        Ey Fü­zu­li, in­tə­ha­sız zövq bul­dun eşqdən,    Böy­lə­dir hər iş ki, həqq adıy­la qıl­san iq­ti­da

   Fü­zu­li­nin "Hə­di­qə­tüs-sü­ə­da" əsə­ri onun di­ni-fəl­sə­fi duy­ğu və dü­şün­cə­lə­ri­nin bəh­rə­si­dir. Be­lə bir əsər ya­rat­ma­ğı özü­nə borc bi­lən şa­ir ya­zır: "Bü­tün çağ­lar­da məc­lis və yı­ğın­caq­lar­da Kər­bə­la va­qi­ə­si və şə­hid­lə­rin mü­si­bə­ti ərə­bin şə­rəf­li adam­la­rı və əcə­min bö­yük­lə­ri tə­rə­fin­dən söy­lə­ni­lir. An­caq alə­min tər­ki­bi və bə­şə­riy­yə­tin bö­yük bir his­sə­si olan türklər ki­tab sə­hi­fə­lə­ri­nin ar­tıq sə­tir­lə­ri ki­mi məc­lis­lər sə­fin­dən kə­nar­da hə­qi­qət­lə­rin id­ra­kın­dan fay­da­lan­maq­dan məh­rum qa­lır­dı­lar. Bu sə­bəb­dən ma­təm ma­cə­ra­sı işa­rə ilə mən zə­li­lə hü­cum et­di və əliy­lə ya­xam­dan tu­ta­raq de­di: "Ey Kər­bə­la şa­hı­nın ne­mə­ti­nin süf­rə­sin­də bö­yü­yən vur­ğun Fü­zu­li. No­la ki, ye­ni tərzdə ya­ra­dan ola­san və co­mərdlik tu­tub türkcə bir məq­təl ya­ra­da­san ki, fə­sih­lər (gö­zəl da­nı­şan­lar) türk di­lin­də din­lə­yə­rək fay­da ta­pa­lar və məz­mu­nu an­la­ya­raq ərəb və əcəm dil­lə­ri­nə möh­tac ol­ma­ya­lar".    Bu möv­zu­nu qə­lə­mə al­ma­ğı şə­rəf­li iş, mü­qəd­dəs və­zi­fə sa­yan M.Fü­zu­li ey­ni za­man­da doğ­ma dil­də ye­ni bir əsər yaz­ma­ğın çə­tin­lik­lə­rin­dən bəhs açır. Türk di­lin­də bə­dii əsər ya­rat­ma­ğı, xü­su­siy­lə nəsr əsə­ri yaz­ma­ğı hü­nər iş sa­yır. Fü­zu­li­yə gö­rə, türk di­lin­də nəsrlə fi­kir söy­lə­mək xü­su­si is­te­dad və ba­ca­rıq tə­ləb edir.    La­kin bü­tün bu çə­tin­lik­lə­rə bax­ma­ya­raq Fü­zu­li bö­yük bir il­ham və cə­sa­rət­lə ye­ni əsər ya­rat­ma­ğa baş­la­yır və bu yol­da uğur qa­za­na­ca­ğı­na ina­nır­dı: "Bu hə­qir və fə­qir ki, nə­si­hə­ti eşit­di və bu xid­mə­tin məhz (saf) sə­a­dət ol­ma­ğı­nı ger­çək bil­dim, ba­ca­rı­ğın yox­lu­ğu və mad­di çə­tin­lik­lər­dən qorxma­dan tər­ti­bi­nə rəğ­bət qıl­dım. Əgər­çi türk iba­rə­lər­də va­qi­ə­nin söy­lən­mə­si çə­tin­dir, çün­ki ək­sər söz­lə­ri və iba­rə­lə­ri ağır­dır, am­ma ümi­dim var ki, öv­li­ya üm­mə­ti sa­yə­sin­də mən bu işin öh­də­sin­dən uğur­la gə­ləm".    M.Fü­zu­li ərəb və fars dil­lə­rin­də gö­zəl, ay­dın, yaz­maq vər­di­şi­nin öz doğ­ma di­li olan türk di­lin­də də bir ənə­nə­yə çev­ril­mə­si­ni ar­zu­la­yır­dı.       

Ey feyzrə­sa­ni-ərə­bi tür­kü əcəm,    Qıl­dın ərə­bi əf­sə­hi-əh­li-aləm,    Et­din fü­sə­ha­yi-əcə­mi İsa­dəm,    Bən türkzə­ban­dan il­ti­fat ey­lə­mə kəm.

        (Ey ərəb, türk və əcə­mə fay­da ve­rən, ərə­bi aləm əh­li­nin ay­dın da­nı­şa­nı qıl­dın, əcəm (fars) fə­sih­lə­ri­ni İsa nə­fəs­li et­din. Mən türkdil­li­dən öz kö­mə­yi­ni əsir­gə­mə)      

  "Hə­di­qə­tüs-sü­ə­da" əsə­ri­ni şa­i­rin nə vaxt qə­lə­mə al­dı­ğı mə­lum de­yil. Bu əsər­də cə­rə­yan edən ha­di­sə­lə­ri in­san qəlb süz­gə­cin­dən ke­çir­dik­də, san­ki bir an­lıq da ol­sa öz dər­di­ni unu­dur və təs­kin­lik ta­pır. Kər­bə­la ha­di­sə­si dərd əlin­dən ürə­yi çat­la­yan in­sa­nı ovun­du­rur, ona mə­nə­vi qi­da ve­rir­di. Çün­ki Kər­bə­la ha­di­sə­si nə qə­dər di­ni ha­di­sə ol­sa da, onun mən­ti­qi mə­na­sı və ru­hu ye­ni­dir.    Bur­da ək­si­ni ta­pan şə­hid­lik eş­qi, məs­lək və eti­qad uğ­run­da mü­ba­ri­zə üs­lu­bu hə­mi­şə ye­ni­dir, heç za­man köh­nəl­mir. İn­sa­nın mə­nə­vi və cis­ma­ni kö­lə­li­yə üs­ya­nı, eti­ra­zı bu yol­da hət­ta öz hə­ya­tı­nı qur­ban ver­mə­si, şə­hid ol­ma­sı ən yük­sək və şə­rəf­li in­san­lıq ami­li ki­mi gös­tə­ri­lir. Bu əqi­də və məs­lək dö­yü­şü ona gö­rə hə­mi­şə ya­şa­yır ki, əsa­sın­da mə­nə­vi pak­lıq, ru­hi mü­qəd­dəs­lik, in­sa­ni gö­zəl­lik və əzə­mət var­dır.    Fü­zu­li­yə "Hə­di­qə­tüs-sü­ə­da­nı" ya­rat­maq­da Kər­bə­la mü­hi­ti də az tə­sir gös­tər­mə­miş­dir. Bu mü­hit Fü­zu­li ki­mi bir dü­ha­nın qə­lə­min­dən çı­xan ye­ni bir türk əsə­ri­ni çox­dan göz­lə­yir­di. Hə­min mə­nə­vi eh­ti­ya­cı nə­zə­rə alan şa­ir qə­dim di­ni das­ta­nı öz ya­ra­dı­cı­lıq süz­gə­cin­dən ke­çi­rə­rək onun dol­ğun, tə­ra­vət­li, bə­dii ör­nə­yi­ni ya­ra­dır, əs­ki eti­qad və iman mü­ba­ri­zə­si­ni par­laq bo­ya­lar­la bə­zə­yə­rək özü­nə­məx­sus bir şə­kil­də can­lan­dı­rır.    Kər­bə­la va­qi­ə­si Fü­zu­li­nin ya­ra­lı qəl­bi­nin, in­cik ru­hu­nun və dün­ya­gö­rü­şü­nün bə­dii-po­e­tik ifa­də­si­dir. Heç bir əsə­ri­ni ya­ra­dan­da şa­ir be­lə hə­yə­can ke­çir­mə­miş­di. Bu mü­qəd­dəs və şə­rəf­li möv­zu­da lə­ya­qət­li sə­nət əsə­ri yaz­maq üçün isə şa­ir Tan­rı­ya üz tu­tur, on­dan kö­mək, im­dad di­lə­yir. Ən çox qorxdu­ğu, çə­kin­di­yi pa­xıl adam­lar, hə­səd sa­hib­lə­ri­dir: "İla­hi, Sən­dən baş­qa yar­dım­çım yox­dur, ət­ra­fım­da isə pa­xıl və hə­səd apa­ran­la­rım çox­dur. Lə­ya­qət və mər­hə­mət­li ka­ma­lın­dan çə­kin­məm bu­dur ki, bu ye­ni bi­na­nın tə­mi­rin­də və əbə­di mül­kün ya­ra­dıl­ma­sın­da söz­lər və mə­na­lar­dan bü­tün eh­ti­ya­cı olan­la­rı­mı top­la­ya­san və hə­səd əh­li, inad­kar adam­lar hü­cum et­dik­cə mə­nə yar­dım edə­sən. Sən əl­bət­tə ki, hər şe­yə qa­dir­sən!"    Kər­bə­la fa­ci­ə­si­ni ye­ni­dən can­lan­dı­ran, Şərq ədə­biy­ya­tın­da ona öl­məz bir abi­də ucal­dan Fü­zu­li ki­mi ikin­ci bir şa­i­ri tə­səv­vür et­mək çə­tin­dir. Məş­hur ədə­biy­yat­şü­nas F.Kö­çər­li de­miş­dir: "Fü­zu­li­nin "Hə­di­qə­tüs-sü­ə­da"sı ka­mil bir sə­nət nü­mu­nə­si­dir. O, xü­su­si­lə bu əsə­rin dil-üs­lub gö­zəl­li­yi­nə, şa­i­rin ləh­cə­si­nə diq­qət ye­tir­miş və onun ba­rə­sin­də öz fik­ri­ni be­lə ifa­də et­miş­dir. "Əgər­çi "Hə­di­qə­tüs-sü­ə­da" nəsr ilə təh­rir olu­nub­dur və bə­zi mə­qam­lar­da mü­na­si­bi­hal mü­va­fi­qi - mə­qal gö­zəl şe­ir­lər va­si­tə­siy­lə şər­hi-mə­na qı­lı­nıb­dır və la­kin bu nəsrdə Fü­zu­li o qə­dər mə­la­hət və fə­sa­hət gös­tər­miş və əh­va­li-key­fiy­yə­ti-şü­hə­da­nı elə bir gö­zəl və şi­rin dil ilə yaz­mış ki, əh­li-zövq və ər­ba­bi-mə­ri­fət in­di­də onun də­rə­cə və mən­zi­lə­ti çox nəzmlər­dən ar­tıq­dır. Bu vax­ta ki­mi fü­sə­ha­yi-türk və əcəm­dən bir kəs be­lə bu xoş iba­rə­lə­ri və şi­rin ləh­cə­li və gö­zəl şi­və­li əsər vü­cu­da gə­tir­mə­yib".    F.Kö­çər­li "Hə­di­qə­tüs-sü­ə­da" əsə­ri­ni türk və fars bə­dii nəsr ta­ri­xin­də yük­sək bə­dii dil­də ya­zıl­mış əvəz­siz bir nəsr əsə­ri say­mış və onu şə­hid­lik abi­də­si ki­mi qiy­mət­lən­dir­miş­dir.    M.Fü­zu­li­nin "Hə­di­qə­tüs-sü­ə­da" əsə­ri məz­həb və tə­ri­qət məh­du­diy­yə­ti bil­mə­dən mü­qəd­dəs, də­yər­li bir sə­nət nü­mu­nə­si ki­mi se­vil­miş, oxun­muş və hər bir top­lan­tı və məc­lis­lə­rin bə­zə­yi­nə çev­ril­miş­dir. Mən­bə­lə­rin ver­di­yi mə­lu­ma­ta gö­rə, hə­lə or­ta əsr­lər­də Mə­hər­rəm ayın­da qu­ru­lan ma­təm məc­lis­lə­rin­də türklər Fü­zu­li­nin "Hə­di­qə­tüs-sü­ə­da"sı­nı oxu­ya­raq yas qu­rur, tə­zi­yə sax­la­yır­dı­lar. Fü­zu­li sö­zü, Fü­zu­li şe­i­ri be­lə qəm­li, ələm­li gün­lər­də on­la­rın ürə­yi­nin məl­hə­mi, də­va­sı idi. Qəm, kə­dər abi­də­si ki­mi xal­qın di­ni­nin əz­bə­ri olan "Hə­di­qə­tüs-sü­ə­da" əsə­rin­dən par­ça­lar gös­tə­ril­mə­si, şə­bih çı­xa­rıl­ma­sı bu de­dik­lə­ri­mi­zi təs­diq edir.    Dok­tor Ş.Gün­gö­rün fik­rin­cə, "Hə­di­qə­tüs-sü­ə­da" ya­zıl­dı­ğı gün­dən za­ma­nı­mı­za qə­dər ən çox mü­ra­ci­ət olu­nan bir əsər­dir. İn­san­lar bu əsə­ri oxu­yar­kən öz dər­di­ni, şəx­si fə­la­kə­ti­ni unu­dub, ta­rix­də baş ve­rən ha­di­sə­lə­ri qəlb süz­gə­cin­dən ke­çi­rir­lər. Fü­zu­li ki­mi bən­zər­siz bir dü­ha­nın qə­lə­min­dən çı­xan bu əsər həm sün­nü, həm də şiə mü­səl­man­la­rı tə­rə­fin­dən coş­ğun bir sev­giy­lə, hör­mət­lə qar­şı­lan­mış, hət­ta bə­zi şəxslər tə­rə­fin­dən əz­bər­lən­miş­dir. Ş.Gün­gör de­yib: "Gə­rək mil­li, şəx­si fə­la­kət anın­da in­san­lar Ən­bi­ya­nın və Əh­li-bey­tin çək­dik­lə­ri bə­la­la­rı din­lə­yib öz dərdlə­ri­ni unut­sun­lar".    Kər­bə­la va­qi­ə­si­ni şi­fa­hi və ya­zı­lı qay­naq­lar­dan eşi­dib din­lə­yən, hər il di­ni ayin­lər­də tə­zə­lə­yib xa­tır­la­yan, bu mü­si­bə­ti ye­ni­dən ya­şa­yan, onu öz fa­ci­ə­si ki­mi qə­bul edən in­san­lar üçün bu bə­la ən bö­yük fa­ci­ə­dir. Hə­qi­qət­də Kər­bə­la fa­ci­ə­si ta­rix­də ne­cə ol­muş­dur? Bu ha­di­sə­nin baş ver­mə sə­bə­bi, ta­ri­xi ma­hiy­yə­ti nə­dən iba­rət­dir?    M.Fü­zu­li "Hə­di­qə­tüs-sü­ə­da" əsə­rin­də bu ha­di­sə­nin baş ver­mə sə­bə­bi­nin kö­kü­nü açıq­la­yır, müd­rik­lik və cə­ha­lə­tin dö­yü­şün­də bi­rin­ci­yə öz inam və eh­ti­ra­mı­nı bil­di­rir. İmam Hü­seyn ilə onun si­lah­daş­la­rı­nın vu­ru­şu­nu haq­qın, əda­lə­tin, in­san­lı­ğın vu­ru­şu və özü­nü­təs­di­qi ki­mi mə­na­lan­dı­rır. Bir an­lıq Pey­ğəm­bər­dən son­ra ta­rix­də baş ve­rən ha­di­sə­lə­rə qı­sa­ca nə­zər sa­laq.    Al­lah-Tə­a­la Həz­rət Mü­həm­mə­də (s) Həc­dən qa­yı­dan za­man Qə­dir-xum ad­la­nan yer­də da­yan­ma­sı­nı gös­tə­riş ve­rir. Cəb­ra­il (ə) na­zil olub "Ma­i­də" su­rə­si­nin 67-ci ayə­si­ni çat­dı­rır. 120 min nə­fər Ha­cı­nın gö­zü qar­şı­sın­da Pey­ğəm­bər ayə­ni ca­ma­a­ta oxu­yur və xüt­bə söy­lə­yir. Xüt­bə ta­mam ol­duq­dan son­ra Pey­ğəm­bər (s) Əli­nin (ə) əlin­dən tu­tub yu­xa­rı qal­dı­ra­raq bu­yu­rur: "Mən hər kə­sin möv­la­sı və rəh­bə­ri­yəm­sə, Əli də onun möv­la­sı və rəh­bə­ri­dir".    Son­ra "Ma­i­də" su­rə­si­nin 3-cü ayə­si na­zil olur. Pey­ğəm­bə­rə di­nin ka­mil­ləş­mə­si xə­bə­ri çat­dı­rı­lır. Pey­ğəm­bər Al­lah Tə­a­la­ya şükr edən­dən son­ra ca­ma­a­ta əmr edir ki, Həz­rət Əli­yə be­yət et­sin­lər. İlk ola­raq Əli­ni (ə) əli­ni Əbu Bəkr və Ömər ibn Xət­tab öpür və təb­rik de­yir­lər: "Eşq ol­sun sə­nə, ey Əbu Ta­li­bin oğ­lu! Bu gün­dən bi­zim və di­gər mö­min ki­şi və qa­dın­la­rın rəh­bə­ri ol­dun" (Müs­nəd ibn Hən­bəl, c.6, səh.401, hə­dis 18506).    Fü­zu­li ya­di­ga­rı, in­san­la­rın qəl­bin­də özü­nə əbə­di yer tu­tan Əh­li-beyt aşi­qi S.Ə.Şir­va­ni "Qə­dir-Xum" ha­di­sə­si ilə əla­qə­dar yaz­dı­ğı qə­si­də­nin bir bən­di­ni bu iki şəx­sin təb­ri­ki­nə həsr edib ya­zır:       

Tut­du bir xey­mə­də bəs Hey­də­ri-Kər­ra­ri qə­rar,    Təh­niy­yət et­di­lər ol şir­di­lə kür­dü-ki­bar.    İbn Xət­tab xi­tab ey­lə­di, ey şir­şi­kar    "Bəx­xun-bəx­xun, lə­kə möv­la", sə­ni qıl­dı cəb­bar,    Ol­dun ey sər­və­ri din, alə­mə sər­dar bu gün!       

Pey­ğəm­bə­rin ölü­mün­dən son­ra "Qə­dir-Xum" unu­dul­du. Os­man­dan son­ra xal­qın bir qis­mi Həz­rət Əli­ni (ə) xə­li­fə seç­mək uğ­run­da ge­cə-gün­düz fə­a­liy­yə­tə baş­la­yır. Nə­ti­cə­də Əli (ə) xə­li­fə­li­yi qə­bul edir. O, va­li­lə­ri də­yiş­di­rib ye­ni­lə­ri ilə əvəz et­di­yi za­man Su­ri­ya va­li­si Mü­a­vi­yə bin Əbu Süf­yan möv­qe­yi­ni itir­mə­mək üçün Əli­ni ta­nı­mır və öz qa­yı­na­ta­sı Os­ma­nın in­ti­qa­mı­nı Əli­dən al­maq is­tə­yir. Nə­ha­yət, Əli (ə) ilə Mü­a­vi­yə­nin qo­şu­nu ara­sın­da Süf­feyn mü­ha­ri­bə­si baş­la­yır. 18 ay da­vam edən bu mü­ha­ri­bə­də Əli (ə) qa­lib gə­lir. Mü­a­vi­yə Əli­nin (ə) qa­lib gəl­di­yi­ni gö­rüb Qu­ra­nın sə­hi­fə­lə­ri­ni qı­lın­cın ucu­na tax­dı­rır və ima­nı zə­if mü­səl­man­lar Əli­dən (ə) mü­ha­ri­bə­ni dər­hal da­yan­dır­ma­ğı tə­ləb edir­lər. Əli (ə) on­lar­la vu­ru­şa­raq ço­xu­nu qı­lıncdan ke­çi­rir, an­caq özü də 661-ci il Ra­ma­zan aynı­nın 19-da İbn Mül­cəm ad­lı bir xa­in tə­rə­fin­dən şə­ha­də­tə ye­ti­şir (656-661).    Həz­rət Əli­nin (ə) şə­ha­də­tin­dən son­ra bö­yük oğ­lu İmam Hə­sən (ə) İraq­da xə­li­fə se­çil­di. La­kin Şam və Mi­sir əya­lət­lə­ri Mü­a­vi­yə­yə eti­qad gös­tə­rir­di­lər. Mü­a­vi­yə bö­yük bir or­du ilə Ku­fə­yə yü­rü­şə baş­la­dı. İmam Hə­sən (ə) xi­la­fət­dən uzaq­laş­dı­rıl­dı və 669-cu il­də ar­va­dı Cu­də tə­rə­fin­dən zə­hər­lə­nə­rək şə­ha­də­tə çat­dı.    Mü­a­vi­yə­nin ya­rat­dı­ğı Əmə­vi döv­lə­tin­dən xalq na­ra­zı idi. An­caq Mü­a­vi­yə bir­lik ya­ra­da bil­di və ca­ma­at­dan oğ­lu Ye­zi­də be­yət al­dı. Şam­lı­lar və iran­lı­lar, ha­be­lə İmam Hü­seyn (ə) ilə ya­na­şı Hi­caz əh­li də Ye­zi­din və­li­əhd qə­bul edil­mə­si­nə eti­raz et­di­lər.    680-cı il­də Mü­a­vi­yə öl­dü və oğ­lu Ye­zid xə­li­fə ol­du. İmam Hü­seyn (ə) Ye­zi­din xə­li­fə­li­yi­nə qar­şı çıx­dı. Bu za­man Ku­fə əh­li İmam Hü­sey­nə mək­tub ya­zıb, onu öz­lə­ri­nə rəh­bər seç­mək is­tə­dik­lə­ri­ni bil­dir­di­lər. İmam Hü­seyn (ə) öz ya­xın qo­hu­mu Müs­lim bin Əqi­li Ku­fə­yə gön­dər­di. Bu vaxt Ye­zid xə­bə­ri eşi­dib Bəs­rə va­li­si Übey­dul­la bin Zi­ya­dı Ku­fə­yə va­li tə­yin et­di. İbn Zi­yad Müs­li­mi tut­du­rub qət­lə ye­tir­di. İmam Hü­seyn (ə) yol­da ikən Ku­fə əh­li­nin on­dan üz dön­dər­di­yi­ni eşit­di. Ku­fə­yə get­mək­dən əl çə­kib Kər­bə­la səh­ra­sı­na üz tut­du. Mə­hər­rəm ayı­nın 2-də Kər­bə­la­ya çat­dı. İbn Zi­yad Ömər bin Sə­di dörd min nə­fər­lə bir­lik­də Kər­bə­la­yə gön­dər­di. Mə­hər­rəm ayı­nın 10-u Kər­bə­la dö­yüş mey­da­nı­na çev­ril­di. İmam Hü­seyn (ə) və onun 72 sa­diq sə­ha­bə­si qız­mar gü­nəş al­tın­da su­suz­luq­dan əzab çə­kə-çə­kə, la­kin qəh­rə­man­lıq­la dö­yü­şə­rək şə­ha­dət zir­və­si­nə ye­tiş­di­lər. İmam Hü­seyn (ə) Şüm­rin əs­gər­lə­ri ilə vu­ru­şa­raq ya­ra­la­nıb at­dan dü­şür və Si­nan bin Ənəs ad­lı bi­ri onun ba­şı­nı kə­sir (681-ci il 10 Mə­hər­rəm).    Qı­sa­ca bəhs aç­dı­ğı­mız bu ta­ri­xi ha­di­sə­lər za­ma­nı keç­dik­cə mü­səl­man dün­ya­sın­da ge­niş ya­yı­la­raq bö­yük əks-sə­da do­ğur­du. Mü­səl­man­lar bu ha­di­sə­ni öz fa­ci­ə­si ki­mi qə­bul edib hər il eh­ti­ram­la xa­tır­la­yır­lar. İmam Hü­sey­nin (ə) öz əqi­də və ima­nı uğ­run­da bö­yük şü­ca­ət gös­tə­rib hə­lak ol­ma­sı qəh­rə­man­lıq və fə­da­kar­lıq rəm­zi­nə çev­ri­lir. Hə­dis­də bu­yu­ru­lur: "Əgər bir kim­sə Hü­sey­nin şə­hid edil­di­yi gün, yə­ni Aşu­ra gü­nü ağ­lar­sa, Qi­ya­mət gü­nü Pey­ğəm­bə­rin ya­xın­la­rı ilə bir­lik­də ola­caq­dır".       

Əh­li-bey­tin sə­na­vü-mər­si­yə­si,    Əh­sə­ni-əf­zə­li-fə­za­yil­dir.    Kim ki, bir beyt ol xü­sus­da de­yər    Ol də­xi əh­li-bey­tə da­xil­dir.       

Bu sə­bəb­dən İmam Hü­seynə (ə) ma­təm sax­la­maq, məq­təl və mər­si­yə­lər yaz­maq sə­vab sa­yıl­mış­dır. Fü­zu­li­nin özü də bu mü­na­si­bət­lə be­lə ya­zır­dı: "Hər kim Hü­seyn üçün ağ­la­ya, ya bir kim­sə­ni ağ­la­da, va­cib ola ona dü­xül-cən­nət".   

Şah İs­ma­yılın za­ma­nın­da şi­ə­lik ha­kim məz­həb ki­mi qə­bul edil­di və bun­dan son­ra Azər­bay­can və İran­da ma­təm mə­ra­sim­lə­ri­nin ke­çi­ril­mə­si ənə­nə­yə çev­ril­di. Bu mə­ra­ismlər­də də ən çox "Hə­di­qə­tüs-sü­ə­da" əsə­ri oxu­nur və təh­lil olu­nur­du.    Mə­həm­məd Fü­zu­li­nin də­rin ina­mı, eti­qa­dı, ru­ha­ni zöv­qü, hə­ya­tı, dün­ya­ya, in­sa­na mü­na­si­bə­ti, eşq və gö­zəl­lik ide­a­lı "Hə­di­qə­tüs-sü­ə­da" əsə­rin­də par­laq po­e­tik ifa­də­si­ni tap­mış­dır. Şa­ir zül­mü, şə­ri if­şa edir, ca­hil­li­yi, na­dan­lı­ğı, eti­qad­sız­lı­ğı pis­lə­yir, din və məs­lək yo­lun­da fə­da­kar­lıq gös­tər­mə­yi mü­qəd­dəs bir və­zi­fə sa­yır.    M.Fü­zu­li "Hə­di­qə­tüs-sü­ə­da" əsə­rin­də şə­hid­li­yi, in­ti­qam al­ma­ğı, dün­ya­dan kam al­maq üçün "nəq­di-can" sərf et­mə­yi, düş­mən qar­şı­sın­da aciz­lik gös­tər­mə­yib çar­pı­şıb vu­ruş­ma­ğı in­sa­nın lə­ya­qət və şə­rə­fi işi ki­mi yük­sək tu­tur.       

Zil­lət ilə ləz­zə­ti ol­maz hə­ya­tın, dostlar,    Nəq­di-can sərf ey­lə­yib dün­ya­da kam al­maq gə­rək.    Əcz ilə dön­mək ədu­dən səhldir, him­mət tu­tub,    Ya şə­hid ol­maq gə­rək, ya in­ti­qam al­maq gə­rək.       

Əsər­də Fü­zu­li­nin gə­tir­di­yi şe­ir nü­mu­nə­lə­ri möv­zu­ca rən­ga­rəngdir.       

Aqil ol­dur ki, et­di­gi əmə­lin,    Fikr edən ib­ti­da­də ən­ca­mın.    Ol de­gil kim, tə­əm­mül ey­lə­mə­yib,    Ke­çi­rə qəf­lət ilə əy­ya­mın.       

Şa­ir bu qi­tə­sin­də qəf­lət­də gün ke­çi­rən, et­di­yi əmə­lin əv­vəl­cə­dən dü­şün­mə­yən ca­hil­lə­rin hə­rə­kət­lə­ri­ni ağıl­sız­lıq sa­yır.       

Mər­da­nə gə­rək bə­la­da aşiq,    Üş­şa­qə cə­za de­gil mü­va­fiq.    Bi­səbr de­gil mu­ra­da qa­bil,    Səbr ilə olur mu­rad ha­sil.       

Şa­ir bö­yük us­ta­lıq­la söy­lə­di­yi bu qi­tə­sin­də in­san­la­ra bə­la­nı da mər­da­nə­lik­lə qar­şı­la­ma­ğı, səbir et­mə­yi, dö­züm­lü ol­ma­ğı, mu­ra­da çat­ma­ğın yo­lu ki­mi təq­dir edir.    Us­tad şa­ir bu əsə­rin­də 541 şe­ir nü­mu­nə­si ver­miş­dir ki, on­lar­dan 16 şe­i­ri ərəb­cə, 525 şe­i­ri isə türkcə yaz­mış­dır. "Hə­di­qə­tüs-sü­ə­da" əsə­ri kor-ko­ra­nə eti­qad və ru­hi iz­ti­rab­la­rı təb­liğ və təş­viq edən bir əsər de­yil­dir. Şa­ir İs­la­mın, Pey­ğəm­bə­rin və ima­mə­tin işıq­lı və nə­cib cə­hət­lə­ri­nə tə­rəf­dar çı­xır, xe­yir­xah, in­san­pər­vər di­nin əx­la­qi-mə­nə­vi pak­lı­ğa, ru­hi-ba­ti­ni yet­kin­li­yə səs­lə­yən inam­la­rı­nı dön­mə­dən tə­rif­lə­yir. Bu əsər­də şə­hid­lik əh­va­li-ru­hiy­yə­si, dü­şün­cə və ina­mı ye­ni bir mə­na da­şı­yır. Şa­ir gös­tə­rir ki, şə­hid­lik in­sa­nın sağ­lam dü­şün­cə­si, saf eti­qa­dı, əməl­pər­vər­li­yi, məs­lək­daş­lı­ğı, mə­nə­vi-ru­hi ka­mil­li­yi de­mək­dir. Baş­qa söz­lə, şə­hid­lik cis­ma­ni ölüm və mə­nə­vi di­ri­lik yo­lu­dur. Şə­hid­li­yi ba­car­maq, ona kö­nül ver­mək qa­bi­liy­yə­ti an­caq ağıl-fi­kir qəh­rə­man­la­rı­na məx­sus bir key­fiy­yət­dir.    Al­lah-Tə­a­la şə­hid­lik ba­rə­də «Bə­qə­rə» su­rə­si­nin 154-cü ayə­sin­də bu­yu­rur: "Al­lah yo­lun­da öl­dü­rül­müş­lə­rə (şə­hid olan­la­ra) "ölü­lər" de­mə­yin, ək­si­nə, on­lar di­ri­dir­lər. La­kin siz bu­nu dərk et­mir­si­niz".    "Ali-im­ran" su­rə­si­nin 169-cu ayə­sin­də bu­yu­ru­lur: "Al­lah yo­lun­da öl­dü­rü­lən­lə­ri ölü he­sab et­mə! Ək­si­nə, on­lar di­ri­dir­lər və Rəbblə­ri ya­nın­da on­la­ra ru­zi ve­ri­lir".    Rə­su­li-Ək­rəm (s) bu­yu­rub: "Be­hiş­tə bi­rin­ci şə­hid­lər da­xil olar­lar. Şə­hid şam ki­mi özü ya­nıb ara­dan ge­dər və ət­ra­fı­na işıq sa­çar".    Di­gər hə­dis­də Pey­ğəm­bər (s) bu­yu­rur: "Şə­hid ürək ki­mi­dir, bə­də­nin qu­ru da­mar­la­rı­na qan ve­rir və o da qa­nı­nı İs­la­ma hə­dər et­mək­lə cə­miy­yə­tə di­ri­lik və hə­yat bəxş edir".    Bir nə­fər Pey­ğəm­bər­dən (s) so­ruş­du: "Ya Rə­su­lul­lah (s), qə­bir­də nə üçün şə­hid­lə­ri sor­ğu-su­al et­məz­lər?"    Pey­ğəm­bər bu­yur­du: "Şə­hi­din qı­lın­cı onu su­al et­mək­dən qo­ru­yur. Şə­hi­din tək­cə ru­hu yox, qan­lı bə­də­ni də Al­lah ya­nın­da mü­qəd­dəs və pak­dır".    İmam Cə­fər Sa­diq (ə) bu­yu­rub: "Hər kəs ki, Al­lah yo­lun­da və ya di­nin mü­da­fi­ə­si uğ­run­da şə­hid ol­sa, ona qüsl ver­məz­lər. Me­yit na­ma­zı qı­lıb dəfn edər­lər. Şə­hi­din bə­də­ni tor­paq altda da çü­rü­məz".    Pey­ğəm­bər (s) bu­yu­rub: "Hər yax­şı­nın ən yax­şı­sı, hər əla­nın ən əla­sı var. Şə­hid­lik­dən isə əla mər­tə­bə yox­dur".    Qu­ran ayə­lə­rin­dən və hə­dis­lər­dən də ay­dın ol­du ki, şə­hid­lik mü­qəd­dəs bir ne­mət­dir ki, Al­lah-Tə­a­la onu xa­lis in­san­la­ra, aşiq­lə­rə nə­sib edir. Şa­ir Ələm­dar Ma­hir "İmam Hü­seynə (ə)" həsr et­di­yi mü­xəm­mə­si­nin bir bən­din­də ya­zır.       

Haqq aşi­qi­nin döv­lət ilə ül­fə­ti ol­maz,    Aşiq uya dün­ya­ya onun şöh­rə­ti ol­maz.    Aşiq­lə­rin ima­nı olar, sər­və­ti ol­maz,    Dün­ya­ya və dün­ya ma­lı­na rəğ­bə­ti ol­maz,    Öl­sə bu sə­bəb­dən qə­bul et­məz kə­fən aşiq.