Avq 07, 2020 21:04 Asia/Baku
  • Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

“Taliban məhbuslarının azad edilməsindən sonra 3 gün ərzində danışıqlar masasına oturacağını bildirib.”

SəhərAzəri AvaPress-ə istinadla xəbər verir, bunu Əfqanıstanın prezidenti Əşrəf Qəni bu gün ölkənin Ağsaqqallar şurası (Loya Cirqa) toplantısında çıxışı zamanı deyib.

Prezident əfqanıstandaxili danışıqların bərpası və sülhün əldə edilməsi məqsədilə baş tutan bu tarixi toplantıda deyib ki, qarşı tərəf də məhbuslarının azad edilməsini istəyir və bunun baş tutacağı təqdirdə 3 gün ərzində danışıqlara başlayacağını bəyan edir.

Qeyd edək ki, hökumət Talibanın 4,600 məhbusunu azad edib, yerdə qalan 400 nəfəri isə ağır cinayətlərə görə sərbəst buraxmaq istəmir.

Qeyd edək ki, üç mindən çox ölkə ictimaiyyəti nümayəndələrini özündə ehtiva edən “Loya Cirqa” toplantısı Əfqanıstanda sülh məsələsini müzakirə edir.

Məlumata görə bu toplantıda Əfqanıstandaxili danışıqların başlaması məsələsinin taleyi məlum olacaq. Müzakirə obyektlərindən biri də tərəflərin qarşılıqlı şəkildə razılaşdırılmış məhbusların azad edilməsi mövzusudur.

Teqlər