Avq 31, 2016 16:43 Asia/Baku
  • Əhli-Beytin (ə) 9-cu imamı Həzrəti Məhəmməd bin Əli Cavadın (ə) müsibətli şəhadətinin ildönümü münasibəti
    Əhli-Beytin (ə) 9-cu imamı Həzrəti Məhəmməd bin Əli Cavadın (ə) müsibətli şəhadətinin ildönümü münasibəti

İmam Məhəmməd bin Əli Cavadın (ə) müsibətli şəhadəti münasibətilə Kazimeyndə matəm bayrağı qaldırıldı.

Əhli-Beytin (ə) 9-cu imamı Həzrəti Məhəmməd bin Əli Cavadın (ə) müsibətli şəhadətinin ildönümü münasibətilə o həzrətin İraqın Kazimeyn şəhərindəki hərəmində matəm məclisi təşkil olunub.

 

Deyerler.org Aljawadain.org-a istinadən xəbər verir ki, İmam Məhəmməd bin Əli Cavadın müsibətli şəhadəti münasibətilə o həzrətinin qəbrinin olduğu zərih, hərəmin sütunlu dəhlizləri və meydanları qara bayraqlara bürünüb. Hərəmin günbəzinə də matəm bayrağı sancılıb.

 

Hərəmdə təşkil olunan matəm mərasimlərinə İmam Məhəmməd bin Əli Cavadın adının qeyd olunduğu gül çələngi və qara bayraqlarla gələn heyətlər o həzrətin şəninə növhə və mərsiyələr deyiblər. Azədarlıq məclisində böyük izdihamın olduğu qeyd edilir.

Teqlər