Noy 29, 2016 21:40 Asia/Baku
  • Şiələrin 8-ci imamının şəhadət günü

İslami İran İmam Rzanın(ə) şəhadətinin ildönümü axşamı matəm içindədir

Sabah Səfər ayının 30-u şiələrin 8-ci imamı həzrət İmam Rzanın(s) şəhadətinin ildönümü günüdür.

İmam Rza(ə) Mədinə şəhərində dünyaya göz açdı və 203-cü Hicri Qəməri ili səfər ayının sonunda şəhid edildi.

Həzrət İmam Rzanın(ə) həyatı və imaməti dövrü müsəlmanların Əhli-beytə(ə) meyl göstərdiyi və Əhli-Beyt(ə) xanədanının xalq bazasının möhkəmləndiyi dövrə təsadüf edir.

Müsəlmanların 8-ci imama diqqət və məhəbbətinin artması nəticəsində Əbbasi xəlifəsi Məmun məkrli plan hazırlayaraq o həzrəti zəhərlədi və şəhid etdi. 

İslami İranın hər bir yerində Əhli-Beytin(ə) davamçıları və vurğunları dini məkanlarda o cümlədən Məşhər şəhərində yerləşən İmam Rzanın(ə) pak ziyarətgahına toplaşaraq şiələrin 8-ci imamının şəhadəti münasibəti ilə matəm saxlayırlar. 

İran İslam Respublikası Radio Televiziya Təşkilatı şiələrin 8-ci imamı İmam Rzanın(ə) şəhadətinin ildönümü münasibəti ilə bütün düyna müsəlmanları və azadlıq sevərlərə baş sağlığı verir. 

Teqlər