Dek 26, 2016 17:43 Asia/Baku
  • İslamın əziz Peyğəmbəri(s.ə.s)-in viladətinin ildönümü günü mübarək olsun!

Bu gün, 1438-ci h.q. ili rəbiuləvvəl ayının 17-si və 2016-cı il dekabrın 17-si, İslamın əziz Peyğəmbəri(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli və bərəkətli viladətlərinin ildönümü günüdür.

İslamın əziz Peyğəmbəri(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli və bərəkətli viladətlərinin ildönümü günündə İranın şimal-şərqində yerləşən müqəddəs Məşhəd şəhərində şiələrin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın pak hərəmində, eləcə də digər ziyarətgahlar, təkyələr və məscidlərdə paklıq Əhli-Beyti(ə) zakirlərinin mədhiyyə söyləmələri və çıxışları ilə müşayiət olunan xüsusi mərasimlər keçirilir.

Sünni əhlinin tarixiniə əsasən, rəbiuləvvəl ayının 12-si, İslamın əziz Peyğəmbəri(s.ə.s)-in viladətinin ildönümü gününə təsadüf edir. Şiələr isə rəbiuləvvəl ayının 17-ni Allah Rəsulu(s.ə.s)-in mövludu günü hesab edirlər. 

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə rəbiuləvvəlin 12-dən 17-dək olan müddət vəhdət həftəsi adlandırılıbdır.

İranın Radio və Televiziya Təşkilatı İslamın əziz Peyğəmbəri(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli və bərəkətli viladətilərnin ildönümü gününün gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarını, eləcə də dünyadakı bütün azadlıqsevərləri səmimi qəlbdən təbrik edir.