Apr 15, 2017 05:44 Asia/Baku
  • ABŞ hökuməti Microsoft şirkətindən istifadəçilərə daha artıq nəzarətin edilməsini istədi

Amerikanın Microsoft şirkəti ABŞ hökumətinin istifadəçilərə nəzarətin artırılması ilə bağlı tələblərinin 2 dəfə artmasından xəbər verib.

Röyters-in məlumatına görə, Microsoft şirkəti bildirib ki, xarici istifadəçilərə nəzarətin artırılması ilə bağlı ABŞ hökuməti 2016-cı ilin birinci yarısında təqribən 1000 dəfə istək göndərib.

Bu məlumata görə, bu rəqəm Microsoft şirkətinin 6 aylıq şəffaflıq hesabatında öz əksini tapıb. Bu məlumata görə,  Xarici İnformasiyalara Nəzarət Qanununa əsasən ABŞ hökuməti xarici istifadəçilərə nəzarətin artırılması ilə bağlı mindən artıq istək irəli sürüb.

Amerikada ictimai fəallar internet istifadəçilərinə qarşı məhdudiyyətlərin tətbiq edilməsi və onlara qarşı casusluq fəaliyyətləri ilə bağlı davamlı olaraq xəbərdarlıq edirlər.

Teqlər