Apr 15, 2017 05:45 Asia/Baku

İmam Rza(ə) ziyarətgah kompleksinin rəisi seyid İbrahim Rəisi də İran prezident seçkilərinə namizədliyini irəli sürüb.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci çağırış seçkiləri ilə bir vaxtda 19 may 2017-ci il tarixində keçiriləcək.

Höccətülislam vəlmüslimin seyid İbrahim Rəisi bundan öncə Məhkəmə Hakimiyyəti rəisinin birinci müavini və İranın baş prokuroru vəzifələrində çalışıb. Ayətullah Abbas Vaiz Təbəsinin vəfat etməsindən sonra isə İmam Rza(ə) ziyarətgah kompleksinin sədri vəzifəsinə təyin edilib.

Teqlər