Apr 15, 2017 05:48 Asia/Baku

İranın yol və şəhərsalma naziri deyib: İran və Rusiya şirkətləri arasında 6 min yük vaqonunun istehsalı üzrə müqavilə imzalanıb.

İRİB-in verdiyi məlumata görə, İranın yol və şəhərsalma naziri Abbas Axundi dünən İranın qərbində yerləşən Həmədan ostanında etdiyi çıxışında dəmiryolu nəqliyyatının ətraf mehiti mühafizə və enerjiyə qənaət baxımından ən uyğun nəqliyyat vasitəsi olduğunu bildirərək deyib: Hava nəqliyyatının da inkişaf etdirilməsi üçün xarici təyyarə istehsalı şirkətləri ilə 200 yeni təyyarənin satın alınması barədə müqavilələr imzalanıb. 

İran İslam Respublikasının hava şirkəti, Airbusdan 100, Boeing-dən 80 və ATR şirkətindən 20 ədəd təyyarənin satın alınması barədə müqavilələr imzalayıb. 

İranın yol və şəhərsalma naziri İranda nəqliyyatda avtomobilin prioritet təşkil etdiyini bildirərək deyib: 1 milyon 300 min avtomobilin əlavə olunması ilə ölkədə mövcud avtomobillərin sayı 19 milyonu ötüb keçibdir. 

Teqlər