Apr 23, 2017 07:36 Asia/Baku

İran Kooperasiya Palatasının sədri Ümumdünya Əməkdaşlıq Forumunun 13-cü regional iclasına ev sahibliyi barədə anlaşma sənədinin imzalanmasından xəbər verib və bildirib ki, qərar üzrə bu iclas 2018-ci ilin oktyabrında Tehranda keçiriləcək.

IRNA-nın məlumatına görə, İran Kooperasiya Palatasının sədri Bəhmən Abdullahi deyib: Bu iclasın keçirilməsi İran üçün önəmlidir, zira Ümumdünya Əməkdaşlıq Forumu Asiya və Okeaniya bölmələrində dünyada ən yüksək kooperasiya mərkəzi sayılır.

Abdullahi Ümumdünya Əməkdaşlıq Forumunun iclasına ev sahibliyi etməyi beynəlxalq atmosferə davamlı giriş üçün ölkələrin strategiyası adlandırıb və bildirib ki, bu məsələ Ümumdünya Əməkdaşlıq Forumunun təsirli üzvlərilə məşvərət və müzakirə ilə mümkün olub. 

Asiya və Okeaniya üzrə kooperasiya nazirlərinin onuncu iclası aprelin 18-dən 21-dək İranın kooperasiya, əmək və sosial təminat nazirinin müavini Seyid Həmid Kəlantəri və İranın Kooperasiya İnkişaf Bankının rəyasət heyətinin sədri Höccətullah Mehdiyanın iştirakı ilə Vyetnamın Hanoy şəhərində keçirilib.

Bu iclasın mövzusu, "2030-a doğru perspektiv-davamlı inkişaf üçün dövlət və kooperasiyaların əməkdaşlıqlarının artması" olub.

İran, Avstraliya, Çin, Hindistan, İndoneziya, Yaponiya, Malayziya, Yeni Zelandiya, Pakistan, Filippin, Ərəbistan, Cənubi Koreya, Sinqapur, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam bu birliyə üzv 30 ölkə sırasında dururlar.

Teqlər