• Bu gün Həzrət Zeynəlabidin(ə)-ın mövludu günüdür

İslami İran dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu günündə nur və şadlıq içindədir.

Bu gün 1438-cı h.q. ili şəban ayının beşi, 2017-ci milad ili mayın ikisi, dünya şiələrinin dördüncü imamı Həzrət Zeynəlabidin(ə)-ın mövludu gününə təsadüf edir. Həzrət İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərindəki pak hərəmi Kərbəla qəhrəmanlığının müraciətçisi Seyyidulsacidin İmam Zeynəlabidin(ə)-ın səadətli mövludu gecəsində minlərlə zəvvarın iştirakının şahidi olub. Qum şəhəri də dünya şiələrinin dördüncü imamı İmam Zeynəlabidin(ə)-ın mübarək mövludu münasibətilə nura qərq olub. Əhli-Beyt(ə) məddahlarının mədhiyyəçilik və mövludoxumaları bütün İranda Seyyidulsacidin İmam Zeynəlabidin(ə)-ın səadətli mövludunun ildönümü günü şənliklərindəndir. İranın Teleradio Təşkilatı İmam Zeynəlabidin(ə)-ın mübarək mövludunun ildönümü günü münasibətilə şiələri və bütün dünya azadlıqsevərlərini təbrik edir.

May 02, 2017 13:45 Asia/Baku
Şərhlər