Jun 13, 2017 14:38 Asia/Baku
  • Optik və elektron cihazlardan istifadə edərək İran sərhədlərində tam təhlükəsizlik təmin edilib

İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı deyib: İran sərhədlərinin böyük bir hissəsində optik və elektron cihazlardan istifadə edilərək, tam təhlükəsizlik təmin edilib.

General Qasım Rzayi İRİB-yə verdiyi müsahibədə İran sərhədlərində topoqrafiya baxımından dağlıq ərazilərin və sərt yarğanların olmasını nəzərə alaraq, coğrafi baxımdan gecənin qaranlığından istifadə edərək, insanların İran sərhədlərindən keçməsi imkanının olmasına işarə edərək, deyib: Yaxın gələcəkdə pilotsuz uçan aparatlardan, istiliyə həssas durbinlərdən və digər texniki imkanlardan istifadə yolu ilə İran sərhədlərinə dəqiq nəzarət təmin edilmiş olacaq. 

General Qasım Rzayi hazırda İran sərhədlərində təchizatların və sərhədçilərin sayının artırılması ilə təhlükəsizliyin təmin edilməsində hər hansı problemin olmadığına işarə edib və deyib: Düşmən fitnə törətmək üçün gərginlik yaratmaq istəyir. Amma, İranın sərhəd qüvvələri malik olduğu dəqiq informasiyalar və qonşu ölkələrin sərhəd qoşunları ilə diplomatik əlaqələrin yaradılması yolu ilə sərhədlə bağlı bütün məsələləri diqqətlə izləyir. 

İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı həmçinin, İranın cənub-şərq və şimal-qərb sərhədlərində bir qrup terrorçunun həbs edilməsindən xəbər verib və deyib: saxlanılan şəxslərdən 2-si 2015-ci ildə 8 iranlı sərhədçinin şəhid edilməsi hadisəsində iştirak etmiş terrorçulardandır. 

Teqlər

Şərhlər