Apr 11, 2016 16:27 Asia/Baku
  • “Cəbhədə baş verənlərlə bağlı fikir müxtəlifliyini millətin düşünməsinin əsas göstəricisi kimi qəbul edirəm”

Arif Əliyev: “Cəbhədə baş verənlərlə bağlı fikir müxtəlifliyini millətin düşünməsinin əsas göstəricisi kimi qəbul edirəm”

Sosial şəbəkələr son hadisələrdə kifayət qədər aktiv oldu. Amma bu aktivlik yalnız müsbət istiqamətdə müşahidə olunmurdu. Belə ki, kifayət qədər dezinformsiyalar da olurdu. Bu da ictimaiyyətdə müəyyən qədər təşviş yaradırdı. Rəsmi məlumatlar verilənə qədər insanlar hansı xəbərlərə etimad edəcəyini bilmirdi. Rəsmi xəbərlər də müəyyən qədər gecikirdi. Digər tərəfdən cəbhə xəttindəki tələfatla bağlı da müxtəlif məlumatlar gəlirdi. Ümumiyyətlə sosial şəbəkələrin bu mövzuda olan aktivliyi heç də birmənalı şəkildə dəyərləndirilimir.

 

Mövzu ilə bağlı media eksperti Arif Əliyev  qeyd edib ki, kimlərinsə ümumi fikirlərdən fərqli fikirlər ortaya qoymasından qorxmaq lazım deyil: “Cəbhə xəttində müşahidə olunan 5 günlük gərgin günlərdə sosial şəbəkələr kifayət qədər fəal idi. Bu proseslər vaxtı müxtəlif cür məsələlər oldu. Vətənpərvərlik də oldu, bu vətənprəvərliyə ironiya, gülüş də oldu. Əlbəttə lazımsız ironiyanı çıxmaq şərti ilə hətta belə şəraitdə fikir müxtəlifliyini millətin düşünməsinin əsas göstəricisi kimi qəbul edirəm. Kimlərinsə ümumi fikirlərdən fərqli fikirlər ortaya qoymasından qorxmaq lazım deyil. Əslində baş verənlərin özü də hətta bizim bu gün bildiyimizdən də qat-qat mürəkkəbdir. Bu gün də bəzi suallar var ki, ictimaiyyət o suallara hələ də cavab tapa bilmir. Düşünürəm ki, bu olaylara kimlərinsə həssas olub, kimlərinsə olmaması heç kəsi narahat edib, qorxutmamalıdır. Məsələ o dərəcədə mühüm və vacibdir ki, demək olar ki, elə ilk saatlardan gündəmi işğal etdi.

 

Cəbhə xəttində baş verənlərlə bağlı yayılan xəbərlər çox müxtəlif şəkildə olurdu. Əslində bu mövzularda olan xəbərlər o mövzulardandır ki, bunu insanların vicdanına buraxmaq düzgün deyil. Bu gün sosial şəbəkələrdə niyə dezinformasiya oldu, nə üçün yalnış xəbərlər yayldı sualını vermək çox əbəs bir işdir. Belə olan şəraitdə əlbəttə dezinforasiya olacaq. Bir hissəsi qəsdən törədiləcək, bir hissəsi yalnışlıqdan törədiləcək və s. Adətən belə olan hallarda dezinformsiyaları nəzarətdə saxlamaq və onları dərhal araşdırmaq lazımdır. Eyni zamanda gerçək məlumatlarda daha aktiv şəkildə paylaşılmalıdır. Bu işdə Ukrayna təcrübəsi işimizə yarıya bilər. Bütün informasiyaların diqqətdə saxlanılıb, dərhal reaksiya verilməsi və əhalini yalnış məlumatlardan kənarda saxlamaq daha effektiv bir yoldur".

 

Deyerler.org


Teqlər