Sen 12, 2016 07:43 Asia/Baku
  • Az. R-da etiraz mitinqi keçirilib
    Az. R-da etiraz mitinqi keçirilib

Milli Şura mitinq keçirib

Sentyabrın 11- də Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçirilib.

 

Azadlıq.info-nin verdiyi məlumata əsasən,Aksiya saat 17.00-dan 19.00-a qədər davam edib. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!” olub.

 

Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Siyasi məhbuslara azadlıq" və digər şüarlar qaldırılıb.

 

Mitinq zamanı AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Gültəkin Hacıbəyli çıxış ediblər.

 

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

 

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

 

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edib.

 

Azadlıq.info saytı qeyd edir ki, Milli Şuranın sədri Cəmil Həsənli Strasburqda beynəlxalq tədbirlərdən birində iştirak üçün səfərdədir. Bu üzdən C.Həsənli aksiyada iştirak etmir. Mitinqdə 4-6 min insanın iştirak etdiyi bildirilir.

 

Teqlər