Fev 21, 2016 15:27 Asia/Baku
  • Fikrət Sadıqov: “NATO-nun daxilində Türkiyə ilə bağlı fikir ayrılığı var”
    Fikrət Sadıqov: “NATO-nun daxilində Türkiyə ilə bağlı fikir ayrılığı var”

NATO-ya üzv ölkələrdən Lüksemburq Türkiyənin Rusiya ilə bağlı Alyansa güvənməməli olduğunu söyləyib.

Fikrət Sadıqov: “NATO-nun daxilində Türkiyə ilə bağlı fikir ayrılığı var”


Lüksemburqun xarici işlər naziri Jan Asselborn "Der Spiegel" qəzetinə müsahibəsində belə bir açıqlama verib: "NATO Türkiyə və Rusiya arasındakı son gərginliyә görә, Rusiya ilə hərbi gərginliyə cəlb olunmasına icazə verməməlidir". NATO sazişinin 5-ci maddəsinə də istinad edən Asselborn, bu maddənin "İttifaqa üzv bir ölkənin birmәnalı halda hücuma məruz qalacağı" tәqdirdә etibarlı olacağını vurğulayıb.

Politoloq Fikrət Sadıqov deyib ki, NATO çərçivəsində hər bir qəbul olunmuş qərar konsensus çərçivəsində qəbul edilməlidir: “NATO Suriya münaqişəsi ilə bağlı bir sıra ziddiyyətli bəyanatlar verir. Eyni zamanda Türkiyə-Rusiya qarşıdurması ilə bağlı da fərqli fikirlər səsləndirməkdə davam edir. Görünür bu bəyanatlar və fikirlər NATO üzvləri arasında olan ziddiyətli münasibətlərin əksidir. NATO bir sıra dövlətlərin məcmusudur. NATO çərçivəsində hər bir qəbul olunmuş qərar konsensus çərçivəsində qəbul edilməlidir.

Bu qərarda bütün ölkələrin razılığı olmalıdır. NATO sazişinin 5-ci maddəsi var bu maddədə alyans üzvlərinə köməklik edilməsi ilə bağlı bölmə yer tutub. Görünür bu NATO Türkiyə ilə bağlı məsələdə tam konsensusa gələ bilmirlər. Orada müxtəlif mövqeli dövlətlər var və onlar bu mövzu ilə bağlı tam razılğa gələ bilmirlər. Amma bir məsələ də məlumdur ki, aparıcı ölkələr çox istəsə onlar müəyyən qərarlar verə bilərlər. Məsələn ABŞ və bu kimi güc mərkəzləri istədikləri mövzu ilə bağlı müəyyən təsir imkanlarına da malikdirlər.

Biz bu cür proseslərin kifayət qədər şahidi olmuşuq. Amma bu məsələdə görünür ki, bütün dövlətlərin tam razılığı əldə olunmayıb. Bu da NATO-nun müəyyən qərarlar verməkdə manelər yaradır”.

 

/Deyerler.org/


Teqlər