Avq 28, 2016 08:54 Asia/Baku

Mais Güləliyev: "60 ildən çoxdur ki Türkiyə ABŞ-ın Yaxın Şərq siyasətlərini həyata keçirən əsas ölkədir."

Azəri deputat Mayıs Güləliyev Türkiyə-ABŞ- əlaqələri haqda Səhər kanalı ilə fikirlərini bölüşərək deyib: Bu əlaqələrə Yaxın Şərq üçün yaxşı töhfə verə bilməz. Türkiyə 60 ildən çoxdur ki  ABŞ-ın Yaxın Şərq siyasətlərini həyata keçirən əsas ölkədir. Sonralar bu siyahıya Səudiyyə Ərəbistanı da qoşuldu. Ərəbistan da hazırda Türkiyə kimi ABŞ-ın Yaxın Şərq siyasətlərini həyata keçirən digər bir ölkədir. Yaxın Şərqin təhlükəsizliyi, region ölkələrinin birgə əməkdaşlığını tələb edir. Başqa bir ölkələrin hansısa bir formada bura nüfuz etməsi ölkələri bir-birinə qarşı qoyur. ABŞ heç bir zaman Yaxşı Şərqdə əmin-amanlığın bərqərar olmasını istəməz. Eyni hal Şah zamanında da bu məsələ baş verirdi. Amerika İranı maliyələşdirməklə Yaxın Şərqdə öz siyasətlərini həyata keçirirdi ki məntəqə ölkələrinə nüfuz etsin onları bir-birinə qarşı qoysun beləliklə də region ölkələrinin heç biri gücə çevrilməsin. son 10 illiklərdə Türkiyə və Ərəbistan bu siyasəti həyata keçirirlər bunun da son İraq və Suriya hadisələrindən başqa nəticəsi olmayıb.

Teqlər