Sen 26, 2016 12:45 Asia/Baku
  • Terror Mardini silkələdi: Ölən və yaralananlar var

Terror Mardini silkələdi: Ölən və yaralananlar var

Türkiyənin Mardin vilayətində terror baş verib.

 

Axar.az xəbər verir ki, PKK terrorçularının Qızıltəpə-Dərik magistral yoluna quraşdırdıqları partlayıcı hərbi avtomobil keçərkən işə düşüb.

 

Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Mardində törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı şəhid olub, 8 nəfər yaralanıb.

 

Yarlılardan ikisinin vəziyyəti ağırdır.

Teqlər