Okt 03, 2016 19:23 Asia/Baku
  • Abe Obama ilə Putini müzakirə edib

Abe Obama ilə Putini müzakirə edib

ABŞ Prezidenti Barak Obama və vitse-prezident Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putinin ABŞ səfərini müzakirə etmişik.

 

Axar.az RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Yaponiyanın Baş naziri Şinzo Abe çıxış edib.

 

“Biz ABŞ ilə Rusiya danışıqlarının hər bəndi üzrə müzakirə aparmırıq, amma müttəfiqimiz kimi ABŞ tərəfini məlumatlandırırıq”, – deyə, baş nazir bildirib.

 

Abe vurğulayıb ki, ABŞ-ın siyasəti Yaponiya ilə Rusiya arasında olan münasibətlərə təsir göstərə bilməz.

Teqlər