Okt 23, 2016 13:20 Asia/Baku
  • Mosul yaxınlığında minədək sakin toksiki qazdan zəhərlənib

Mosul yaxınlığında minədək sakin toksiki qazdan zəhərlənib

Mosul yaxınlığındakı Kayara şəhərində minədək sakin toksiki qazdan zəhərlənmə əlamətləri ilə xəstəxanalara yerləşdirilib.

 

Reuters-in verdiyi məlumata görə, toksiki qazdan kütləvi zəhərlənmə Mosul yaxınlığında yerləşən kükürd zavodunda yanğın törədildikdən sonra qeydə alınıb. Yanğının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

 

Toksiki qazdan zəhərlənmə halları oktyabrın 21-dən qeydə alınmağa başlayıb.

Teqlər