May 21, 2017 16:49 Asia/Baku

Livanın müsəlman alimləri Bəhreyn şiələrinin tanınmış ruhanisi Şeyx İsa Qasimə dəstək üzrə bəhreynliləri irimiqyaslı aksiyalar keçirməyə çağırıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, Livanın müsəlman alimləri bir toplantı keçirərək çərşənbə axşamı günü Ali-Xəlifə rejimi hərbçilərinin Şeyx İsa Qasimin mənzilini mühasirəyə almasına reaksiyada bir bəyanat verib və Bəhreyn vətəndaşlarının küçələrə axışaraq bu ruhanini müdafiə etməsini istəyiblər.

Bəhreyn Alimləri Ağsaqqallar Heyətinin rəhbəri Şeyx Əhməd Əz-zin tərəfindən oxunan bəyanatda bildirilir: Ali-Xəlifə rejimi hərbçilərinin şeyx İsa Qasimin mənzilinə hücumu Ər-Riyad iclasının ilk nəticəsidir.

Əhməd Əz-Zin Ali-Xəlifə rejimi, xüsusilə Bəhreyn kralının Şeyx İsa Qasimin təhlükəsizliyi və sağlamlığında məsuliyyət daşıdığını bildirib: Ali-Xəlifə rejimi bu ölkə problemlərinə son qoymaq məqsədilə dinc yolları əldə etmək üçün Bəhreyn xalqının liderləri ilə danışıqlar aparmalıdır.

Livanın sünni alimi Şeyx İsa Qasim əleyhinə çıxarılan qərarı ədalətsizlik adlandırıb: İnqilab rəhbərlərinə qarşı istənilən qərarın heç bir dəyəri yoxdur. Bu prosesin davam etməsi Bəhreyni acınacaqlı nəticələri olacaq istiqamətə aparacaqdır.

Bəhreyn məhkəməsinin tanınmış ruhani Şeyx İsa Qasimin həbs və əmlakının müsadirə olunmasına dair qərarından və ictimai etirazların artmasından sonra, Ali-Xəlifə rejimi qüvvələri çərşənbə axşamı günü şeyx İsa Qasimin yaşadığı Əd-Duraz məhəlləsinə hücum ediblər. Bu qarşıdurmada 5 nəfər həlak olub, 100 nəfər yaralanıb, təxminən 300 nəfər də saxlanılıb.

Bəhreyn hərbçiləri ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Şeyx İsa Qasimin yaşadığı məkanı mühasirəyə alıblar.