İyul 24, 2016 14:34 Asia/Baku
  • günahı yaradan amilləri tanıyaq
    günahı yaradan amilləri tanıyaq

İmansızlıq, qəflət, zəif iradə, haram yemək, mühit – günahı yaradan amilləri tanıyaq

Günah – insanın həm bu dünyasını və həm də axirətini zay edən əməldir. Günahın amillərini tanımadan, ondan çəkinmək olmaz. Ona görə də günahın yaranmasına səbəb olan amilləri tanıyaq:

1. Allaha və məada iman bəsləməmək.

2. Qəflət. Qəflət – o qəlb xəstəliklərindəndir ki, başqa xəstəliklərin yaranmasına səbəb olar. Günah bəzən əllə yerinə yetirilər, bəzən də ayaq və başqa bədən üzvləri ilə. Ancaq hər bir halda qəlbdən əmr alar və bu qəlbdir ki, düçar olduğu xəstəliklərə görə başqa üzvləri də xəstə edər.

3. İradənin zəif olması.

4. Haram yemək.

5. Düzgün olmayan ailə mühiti. Övladın dahi bir insan və ya günahkar və cinayətkar olaraq cəmiyyətə təhvil verilməsində ailənin rolu böyükdür. Fərdi və ictimai anomaliyaların meydana gəlməsinə səbəb olar. Yaxşı ailə övladını həmişə günahdan uzaqlaşdırar.

6. Tərbiyənin olmaması. Əgər insan bədənində əl barmaqları ayaq barmaqlarından daha tez inkişaf etsə, bu, bədənin balansını pozar. Nəticədə xoşagəlməz bir mənzərə yaranar. Bir insanın tərbiyə görməməsi də cəmiyyətdə belə bir mənzərə yaradır. Yəni, bədəni inkişaf etmişdir, ancaq tərbiyədən bir əsər belə yoxdur. Belə insan cəmiyyətə daxil olan zaman anomaliyaların meydana gəlməsinə səbəb olar.

7. Ətraf mühit. Ətraf mühitin insanın nütfədə inkişaf etməsinə də belə, təsiri çoxdur. O uşaq ki, fasid bir mühitdə böyüyər, hələ nütfədə olan zaman belə, onun təsiri altına düşər. Məktəb, ailə, idarə, dostlar, şəhər... insana təsir qoyan ətraf mühitdir.

8. Pis dostlar. Dostun insan taleyinə təsiri çoxdur. İnsanın rəftarının pis və yaxşı olmasında dost böyük rola malikdir. Bəzən bir insan yaxşı ailə tərbiyəsi almasına baxmayaraq, pis dostların əhatəsinə düşür. Ona görə də günaha çox meyil edir.

9. Kor-koranə təqlid. Təqlid dedikdə, hansısa şəxsin və ya cəmiyyətin fikirlərinin və əqidəsinin ardınca getmək nəzərdə tutulur. Kor-koranə təqlid də günah üçün zəminələrin yaranmasına səbəb olar. Biz cəmiyyətdə çox sayda insan görürük ki, bizim mədəniyyətimizə uyğun olmayan halda geyinib-bəzəniblər. Danışıq tərzləri də belə, dəyişibdir. Bu insanların belə halda olmasının səbəbi kor-koranə təqlidlərdir.

Günhaı yaradan bu amilləri tanıyaq və özümüzü islah etməyə səy edək.

 

/Deyerler.org/

Teqlər