Mart 26, 2020 22:45 Asia/Baku
  • AB İranın BVF-dən xahişinə dəstək verib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, İranın Beynəlxalq Valyuta Fondundan olan xahişini himayə edir.

Cozep Borrel bu gün deyib: Brüssel İran və Venesuelanın Beynəlxalq Valyuta Fondundan olan xahişlərini himayə edir.

Borrel sonra deyib: Biz bu xahişləri himayə etmək istəyirik, zira bu ölkələr Amerikanın sanksiyalarına görə, çox çətin şəraitdədirlər, çünki özlərinin neft satışı gəlirlərindən məhrumdurlar.

Avropa Birliyinin diplomatiya aparatının başçısı bu sözləri birliyə üzv ölkələrin xarici işlər nazirləri ilə müzakirədən sonra söyləyibdir.

Bundan öncə də Avropa İttifaqı dünya ictimaiyyətindən istəmişdi ki, koronavirusla mübarizə üçün İrana humanitar yardımlarını göndərsinlər.

Bundan qabaq İran koronavirusla mübarizə üçün Beynəlxalq Valyuta Fondundan beş milyard dollarlıq yardım istədiyini bildirmişdi. İranın Mərkəzi Bankının başçıları da Beynəlxalq Valyuta Fonduna rəsmi ərizə təqdim etmələrindən xəbər vermişdilər.

Ötən ay koronavirus pandemiyasının şiddətlənməsindən və yüzdən çox ölkənin bu böhrana düçar olmasından sonra Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva bildirdi ki, bu beynəlxalq orqan koronavirus pandemiyası ilə mübarizə üçün özünün bir trilyon dollar dəyərində olan ehtiyatlarından istifadə edərək, fonda üzv ölkələrə yardım göstərməyə hazırdır.

AB İRANIN BVF-DƏN XAHİŞİNƏ DƏSTƏK VERİB