Aug 14, 2019 23:04 Asia/Baku

Camu və Kəşmir bölgəsinin icra başçısı bu bölgədəki komendant saatı qaydalarının yüngülləşdirilməsindən xəbər verib.

Satia Pal Malik deyib: Camu və Kəşmir bölgəsinin bəzi məhdudiyyətləri, o cümlədən komendant saatı qaydaları sabahdan yüngülləşdiriləcəkdir.

Camu və Kəşmir bölgəsinin icra başçısı həmçinin deyib: Qarşıdakı bir həftə ərzində Camu və Kəşmir bölgəsində təhlükəsizlik durumunun yaxşılaşması ilə tədricən rabitə xətləri qoşulacaqdır.

Hindistan hökuməti avqustun 4-də Camu və Kəşmir bölgəsinə on minlərlə hərbi qüvvə göndərərək, bu müsəlmansakinli məntəqənin dünyanın digər nöqtələrilə əlaqəsini tam şəkildə kəsdi ki, bu da kəşmirlilərin və dünya ictimaiyyətinin etirazlarına səbəb oldu.

Şərhlər