Apr 03, 2020 23:04 Asia/Baku
  • Səud koalisiyası mart ayında 4428 dəfə Əlhudəydədə atəşkəsi pozub

Təcavüzkar səud koalisiyası ötən mart ayında Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətində 4428 dəfə atəşkəsi pozubdur.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii son zamanlar bildirib ki, səud koalisiyası heç vaxt atəşkəs razılaşmasına sadiq olmayıbdır. O, qeyd edibdir ki, Əlhudəydə vilayətində atəşkəsin təcavüzkarlar tərəfindən geniş surətdə pozulması onların Yəmən xalqının əzab-əziyyətləri və problemlərini artırmaq və müharibəni davam etdirmək təmayülündən söz açır.

İsveçdə Səna və Ərriyad heyətləri arasında əldə olunmuş razılaşmanın icrası 2018-ci il dekabrın 18-dən Yəmənin Əlhudəydə vilayətində icra olunmağa başlandı, amma səud koalisiyası hər gün onu pozur.

Əlhudəydə limanı Yəmənə humanitar yadımların göndərilməsi üzrə əsas istiqamətdir.

Yəmən sülh müzakirələrinin dördüncü dövrü yəmənli tərəflərin iştirakı və BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin sədrliyi ilə  2018-ci il dekabrın altısında İsveçin Stokholm şəhərində başlandı və dekabrın 13-də tərəflərin əl-Hudəydədə atəşkəs barədə razılaşması ilə öz işini başa vurdu.

İndiyədək Yəmən savaşına son qoymaq üçün bir neçə dəfə fəaliyət göstərilib, amma hər dəfə Ərəbistanın və müttəfiqlərini sabotajı ilə bu fəaliyyətlər dalana dirənibdir.

SƏUDLAR MARTDA ƏLHUDƏYDƏDƏ 4428 DƏFƏ ATƏŞKƏSİ POZUBLAR