• Bu gün İmam Musa Kazimin(ə) şəhadəti günüdür
    Bu gün İmam Musa Kazimin(ə) şəhadəti günüdür

Bu gün cümə axşamı 1439-cu il 25 rəcəb, 2018-cı il 12 aprel şiələrin 7-ci imamı Həzrət İmam Musa Kazımın (ə) şəhadətinin ildönümü günüdür.

 

İmam Musa Kazım (ə) o dövrün böyük alimlərindən olan atası, Həzrət İmam Cəfər Sadiqin (ə) elmi məktəbində iştirak etmiş və atasının fəzilətlərindən faydalanmaqla müqavimət, şücaət, ədalətsevərlik kimi ali əxlaqi xüsusiyyətlərdə örnəyə çevrilmişdir.

İmam Musa Kazım (ə) təxminən 35 il müsəlmanlara imamlıq etmiş və uzun müddətə həbsdə və sürgündə olmuşdur.

İmam Musa Kazımı mövcud şəraitə qarşı edən məsələ, müsəlmanlara hakim siyasi və ictimai fəsadlı quruluş idi. Belə bir dövrdə imam insanların siyasi və ictimai məlumatını artırır və Bəni Abbas hakimlərinin metodlarını islam dəyərlərinə zidd adlandırırdı.

İnsanların Həzrət Musa Kazımın sonsuz elm və fəzilət dəryasından faydalanmasını istəməyən Abbasi xəlifəsi Harun Abbasi fitnələrlə o həzrəti həbsdə zəhərlədi və o həzrət 55 yaşında 183-cü hicri qəməri ili şəhid oldu.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı İmam Musa Kazımın (ə) şəhadəti ildönümü ilə əlaqədar bütün müsəlmanlar, xüsusilə də o həzrətin şiələri və əzadarlarına başsağlığı verir.

Teqlər

Apr 12, 2018 10:15 Asia/Baku
Şərhlər