• İki şəhid ailəsi islam inqilabının böyük rəhbəri ilə görüşüb
    İki şəhid ailəsi islam inqilabının böyük rəhbəri ilə görüşüb

İran İslam Respublikası hüquq mühafizə qüvvələrinin 2018-ci il fevral iğtişaşlarında Tehranda şəhid olan iki polis əməkdaşı Rza Muradi və Rza İmaminin ailələri bu gün islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüblər.

Həzrət Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin internet portalının verdiyi məlumata görə, günorta və ikindi namazlarının qılınması ilə yanaşı olan bu görüşdə islam inqilabının böyük rəhbəri bu iki şəhidin xatirəsini əzizləyərək onların ailələrinə Quran hədiyə ediblər. 

Həzrət Ayətullahül-üzma Xamenei 1396-cı il isfənd ayında da Tehranın Pasdaran küçəsində baş verən iğtişaşlarda şəhid olan hüquq mühafizə əməkdaşı Məhəmmədəli Bayrami və səfərbər qüvvə Məhəmmədhüseyn Həddadiyanın mənzilinə getmişdi.

2018-ci il 19 fevralda Tehranın Pasdaran küçəsində bir qrup iğtişaşçı ümumi asayişi pozmağa cəhd göstərərkən, hüquq mühafizə qüvvələri onların qarşısını almaq üçün əməliyyat apardılar, həmin əməliyyatda hüquq mühafizə qüvvələrindən 3 nəfər və iki səfərbər qüvvə şəhid oldu. 

May 09, 2018 06:01 Asia/Baku
Şərhlər