Sen 15, 2018 20:48 Asia/Baku
  • Müqəddəs müdafiə dövrünün şəhidləri sabah dəfn ediləcək
    Müqəddəs müdafiə dövrünün şəhidləri sabah dəfn ediləcək

Müqəddəs müdafiə dörünün itkin şəhidlərindən ibarət 135 cənazə sabah Tehranda ölkə rəsmilərinin iştirakı ilə torpağa veriləcək.

İRİB-in verdiyi məlumata görə, Bu cənazələr İranın silahlı qüvvələrinin baş qərargahının itkinlərin axtarışı komitəsinin Şələmçə, Məcnun, Kərbəla-5, Vəlfəcr-8, Vəlfərcr-1 və Sumar əməliyyat bölgələrindəki son axtarışlarında aşkar edilib. 

Bu şəhidlərlə vida mərasimi bu gecə Tehranda islam inqilabı və müqəddəs müdafiə muzeyində keçriləcək. 

Ötən İyul ayında da müqəddəs müdafiə dövrünün 75şəhidinin cənazəsi Xuzistan ostanının Şələmçə sərhəd məntəqəsindən İrana qaytarıldı. 

Teqlər