Dec 26, 2018 13:29 Asia/Baku
  • Ayətullah Haşimi Şahrudinin cənazə namazı İnqilab Rəhbərinin imaməti ilə qılındı
    Ayətullah Haşimi Şahrudinin cənazə namazı İnqilab Rəhbərinin imaməti ilə qılındı

İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər Tehranda İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudi üçün cənazə namazı qılıblar.

Üçlü qüvvə başçıları, ordu komandanları və müxtəlif təbəqədən olan çoxlu sayda insanın iştirak etdiyi mərasimdə İnqilab Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudi üçün cənazə namazı qılaraq, mərhuma Allahdan məğfirət istəyib.

Ayətullah Haşimi Şahrudinin cənazəsi daha sonra xanım Məsumənin(s) məqbərəsində dəfn edilməsi üçün Qum şəhərinə aparılacaq.

Ayətullah Haşimi Şahrudinin xatirəsinə bu gecə Qum şəhərində, Əzəm məscidində İnqilab Rəhbəri tərəfindən xüsusi mərasim keçiriləcək.

Sabah cümə axşamı da Tehranda İmam Xomeyni(rə) hüseyniyəsində İnqilab Rəhbərinin iştirakı ilə Ayətullah Haşimi Şahrudi üçün anım mərasimi təşkil ediləcək.

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah seyid Mahmud Haşimi Şahrudi uzun müddət sürən xəstəliyin ardınca bazar ertəsi günü 70 yaşında vəfat etdi.

Teqlər

Şərhlər