Mart 10, 2019 20:53 Asia/Baku
  • Höccətulislam vəlmuslimin Rəisi İranın Məhkəmə Hakimiyyətinin sədri təyin olunub
    Höccətulislam vəlmuslimin Rəisi İranın Məhkəmə Hakimiyyətinin sədri təyin olunub

İslam İnqilabının Böyük Rəhbəri bir hökmdə höccətulislam vəlmuslimin Seyyed Ebrahim Rəisini İranın Məhkəmə Hakimiyyətinin sədri təyin ediblər.

Həzrət Ayətullahuluzma Xamenei bu hökmdə məhkəmə hakimiyyətində dəyişiklik və inqilabın ikinci addımına layiqli olacaq yeni dövranın qüdrətlə başlanması vacibliyini vurğulayaraq, höccətulislam vəlmuslimin Seyyed Ebrahim Rəisinin müxtəlif xidmət dövrlərindəki fəqihliyi, biliyi, təcrübəsi, sağlamlığı, əmanəti və işə yararlığı, eləcə də onun məhkəmə hakimiyyətindəki uzun keçmişi və bu hakimiyyətin bütün cəhətləri ilə tanışlığını bu seçimin dəlillərindən adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İranın Məhkəmə Hakimiyyətinin yeni sədrinə tövsiyədə belə qeyd ediblər: İslam İnqilabının beşinci onilliyinin başlanması və fiqhə və islami hüquqlara söykənən ədliyyənin təşkilindən qırx ilin keçməsi tələb edir ki, təcrübələr və nailiyyətlərə söykənməklə məhkəmə hakimiyyətindəki sıxıntılar, irəliləyişlər və ehtiyaclara mütənasib şəkildə bir dəyişiklik yaradılsın və ədalət orqanı yeni bir nəfəs, ikiqat stimul, həmçinin hikmətamiz tədbir və nizam-intizam İnqilabın ikinci addımına layiqli olan yeni dövrana qüdrət və ciddiliklə başlasın.

Həzrət Ayətullahuluzma Xamenei İranın Məhkəmə Hakimiyyətinin sabiq sədri Ayətullah Sadeq Amoli Laricaninin səylərini yüksək dəyərləndiriblər.

Teqlər