İyun 29, 2019 07:09 Asia/Baku
  • Sərdəştə kimyəvi hücumun ildönümü
    Sərdəştə kimyəvi hücumun ildönümü

İraqın bəəs rejimi 1987-ci il iyunun 28-də kimyəvi bombalardan istifadə edərək, Sərdəştin dörd izdihamlı nöqtəsini bombardman etdi. Bu hücumda bu şəhərin 119 sakini şəhid oldu, səkkiz min nəfərdən çox insan da zəhərli qazlara məruz qalaraq, kimyəvi zədələnməyə düçar oldu.

Müsahibə(qadın): Kaş ki, öləydim. Ölmək bu cür yaşamaqdan daha yaxşıdır.

Bura, yanmış öskürəklər diyarıdır. Bu öskürəklər hər gün bir ürəyi yandırır və bir həyatı alır.

Bura Sərdəştdir. Dünyada kimyəvi silahın ilk qurbanı.

Müsahibə(kişi): Sədəf şəhəri ona görə, Səddamın hücumuna məruz qalırdı ki, doğrudan da bir mülki şəhər idi, lakin bir an da olsa belə, şəhər boşaldılmadı. Döyüşçülər üçün yaxşı arxa cəbhə idi.

Müsahibə(kişi): Təəssüflər olsun ki, o zaman anam şəhid olmuşdu. Və mən dörd aylıq idim.

Burada hər gün öskürəklər daha da quru, sinələr daha da yaralı olurlar. Döyənəklər daha böyük, adamlar isə daha aciz olurlar.

Müsahibə(kişi): Bu şəhərin tamamilə mülki əhalisi hücumlara məruz qalırdı.

Sərdəşt də Naqasaki və Xirosima kimi Amerikanın yalançı insan haqları iddiaçılarının saysız-hesabsız cinayətlərinin sənədlərindəndir. Bu iddiaçılar bütün cinayətlərinə rəğmən, yenə də yalan danışırlar.

Müsahibə(kişi): Onlar dedilər ki, hücum təqdirində təqribən 150 nəfər öləcək. Mənim bu mövzudan xoşum gəlmir. Məncə, münasib addım deyildi.

Bu, Amerika prezidentinin supermodern casusluq pilotsuzunun süqut etməsindən sonrakı gopu, halbuki uzun müddətdir, amerikalıların özləri tərəfindən həyati dərmanların sanksiya edilməsilə kimyəvi əlillər hər gün ölüm ayağına çəkilirlər.

Bura, yanmış öskürəklər diyarıdır. O zaman nə RQ-4 süqut etmişdi, nə də ki, nüvə enerjisi üçün bir bəhanə var idi.

Mən yalnız bir gün bu vəziyyətə dözə bildim, halbuki nəfəs alırdım.

Amerikalı insan haqları müdafiəçilərinin diqqətinə; Sərdəştin kimyəvi əlilləri 32 ildir ki, bu əzaba dözürlər.

 

 

 

Teqlər