Noy 21, 2019 21:07 Asia/Baku
  • İranın müxtəlif bölgələrində iğtişaşçılara nifrət yürüşləri keçirilib
    İranın müxtəlif bölgələrində iğtişaşçılara nifrət yürüşləri keçirilib

İranın müxtəlif şəhərlərinin sakinlərindən bir qrupu bu gün keçirilən yürüşlərdə iştirak edərək, iğtişaşçılar və fitnəkarların İrandakı son çaxnaşmalardakı hərəkətlərini pisləyibdir.

Yürüş iştirakçıları  “Amerikaya ölüm!”, “sionist rejimə ölüm!” və “İğtişaşçıya ölüm!” şüarları verərək, İslam İnqilabının Böyük Rəhbərinin bəyanatına dəstək veriblər.

Sistan və Bəluçestan və Hormozqan vilayətlərinin bəzi rayonlarında, Tehran vilayətinin Robat Kərim rayonunda və Qərbi Azərbaycan vilayətinin Məhabad rayonunda əhali bu gün yürüşlər keçirərək, iğtişaşçıların son hərəkətlərini kəskin tərzdə pisləyibdir.

İranın təhlükəsizliyi və qüdrətinə dəstək və son iğtişaşların pislənilməsi üzrə yürüşlər İsfahan, Qom və Şiraz şəhərlərində, eləcə  də Kohgiloye və Boyr Əhməd vilayətinin Yasuc şəhərində də keçirilib.

Teqlər