Fev 11, 2020 15:05 Asia/Baku
  • 22 bəhmən yürüşünün yekun qətnaməsi
    22 bəhmən yürüşünün yekun qətnaməsi

İran xalqı ilahi 22 bəhmən yürüşünün sonunda bir qətnamə qəbul edərək, Amerikanın başçılığı altında dünya imperializminin fitnələri qarşısında sayıqlığın vacibliyini vurğulayıb.

Bu gün 1398-ci günəş ili bəhmən ayının 22-si, 2020-ci il fevralın 11-i, İran İslam İnqilabı qələbəsinin ildönümü günüdür.

İran xalqı müxtəlif şəhərlərdə qar, yağış və şaxtalara rəğmən, əzəmətli 22 bəhmən yürüşündə milyonluq iştirakla İmam Xomeyni(r.ə)-in, İslam İnqilabının Böyük Rəhbərinin və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds Qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani xüsusiyyət təşkil etməklə inqilab şəhidlərinin amalları ilə öz əhd-peymanını təzələyib.

22 bəhmən yürüşünün iştirakçıları bu qətnamədə general-leytenant pasdar Qasem Soleymanini və İraqın xalq səfərbər qüvvələri təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisi terror etdiyinə görə, Amerikadan sərt intiqam almaq üzrə əzmkarlığını elan ediblər.

İran xalqı həmçinin bu qətnamədə bildirib ki, amerikalı işğalçıların Qərbi Asiyadan tam şəkildə qovulmalarına və sionist rejimin məhvinədək öz müqavimətini davam etdirəcək.

22 bəhmən yürüşünün iştirakçıları həmçinin biabırçı "əsrin sövdələşməsi"ni pisləyərək, vurğulayıblar: Bu xəbiscəsinə plan müsəlmanların və dünya azadlıqsevərlərinin müqavimətilə tarixin zibilliklərinə tullancaqdır.

İran xalqı bu qətnamədə şövqlü seçkilərin keçirilməsini islami quruluşun respublikaçılığının eyni nümunəsi, milli təhlükəsizliyin dayağı və əzəmətinin simvolu adlandırıb və cəmiyyətin bütün təbəqələrini İran İslam Şurası Məclisinin on birinci və Rəhbərlik Xobreqanı Məclisinin beşinci aralıq turunun keçiriləcəyi 21 fevral seçkilərində maksimum iştiraka çağırıb.

Teqlər