İyul 19, 2020 09:30 Asia/Baku
  • İranda \\\
    İranda \\\"Lazerlə idarə olunan\\\" raket sisteminin təqdimat mərasimi keçirilib

Lazerlə idarə olunan raket sistemi İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın baş komandanının bu korpusun Hərbi Aviasiya Qüvvələrinin Helikopter bölmələrindən görüşü zamanı təqdim olunub.

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı general-leytenant Hüseyn Səlami bu gün bir qrup müavinlərilə birlikdə Sepah-ın Tehranda yerləşən Hərbi Aviasiya Qüvvələrinin Helikopter bölmələrindən görüş keçirib.

Lazerlə idarə olunan raket sisteminin təqdimatı, Hərbi Aviasiya Qüvvələrinin Fəth Helikopter Bölməsinin nailiyyətləri sərgisi və yerli mütəxəssislər tərəfindən yenidən qurulan vertolyotlardan baxış keçirmək İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın baş komandanının proqramlarından idi.

General Səlami görüş çərçivəsində vurğulayıb: "Milli təhlükəsizliyin ağırlığının böyük bir hissəsi Sepah-ın Quru Qoşunlarının üzərinə düşür".

"Bu gün Sepah-ın Quru Qoşunları İranın şimaldan tutmuş cənuba qədər bütün vacib sərhəd bölgələrində çox yaxşı və etibarlı müdafiə mövqeyi tutubdur", -deyə o, əlavə edib. 

İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın baş komandanı təhlükəsizlik və müdafiə əməliyyatlarının müxtəlif dəstəyə ehtiyaclı olduğunu bildirərək, Sepah-ın Quru Qoşunları üçün helikopter dəstəyinin bir zərurət olduğunu vurğulayıb.

Sepah-ın Quru Qoşunlarının Helikopter bölməsinin qabiliyyətlərinə toxunan general Səlami deyib: "Sepah-ın Quru Qoşunları hücum və döyüş helikopterləri sahəsində xüsusilə son illərdə əhəmiyyətli dərəcədə inkişaf ediblər və döyüş helikopterlərinin qabiliyyətlərini artırıblar".

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı Hərbi Aviasiya Qüvvələrinin müxtəlif sahələr üzrə özünü təmin həddinə çatdığını bildirərək, qeyd edib ki, bazaların və təmir mərkəzlərinin modernləşdirilməsi xüsusilə bu qüvvələrin hissələrin düzəldilməsində bir inqilab yaratması ilə digər ölkələrdən hissələrin tədarükünə ehtiyac qalmayıb.

Teqlər