Məhərrəm gəldi

Səhər TV, Xəbərlər- İmam Hüseyn(ə)-ın karvanı Kərbəlaya çatarkən, hicri qəməri tarix ilə 61-ci il məhərrəm ayının ikinci günü idi. Bu gündən sonra onların işi çətinləşdi. Hər gün Kufə qoşununun mühasirəsi daha da daralır və onların sayı artırdı.

 

Əbdullah ibn Ziyad(lənətullah ələyh) tərəfindən məmur olan Hurrun başçılığı altında min nəfər hərbi atlı imamın yolunu bağladı.

 

İmam öz köməkçilərinə buyurdu: Onlara yemək verin və susuz olanları doydurun.

 

İkinci günədək Hurr həzrəti karvanı ilə yanaşı Kufəyə doğru aparmağa israr edirdi. İmam ilə Hurr arasında söhbətlər olurdu və İmam(ə) namazların vaxtında namaz qılırdı, Hurrun qoşunu da həzrətlə birgə və imama iqtida etməklə camaat namazı qılırdı.
Beləliklə İmam günorta və ikindi namazlarından sonra onlara moizə oxuyur və qəti sözünü deyirdi. Hurr da öz istəyi və tapşırığına təkid edir, lakin İmam(ə) onun istəyini qəbul etməkdən imtina edirdi.

 

Hurr İmama deyirdi ki, bu hadisədə əgər müxalifətə israr və təkid etsən, sən və yoldaşların öldürüləcəksiniz.


Həzrət bu zaman səhabələrdən birinin şerinə istinad etdi və dedi: Sən məni ölümlə qorxudursan. Ölüm haqqı arzu edib, haqqı müdafiə niyyətində olan və cihad edən comərd üçün ar deyil.

Okt 14, 2015 00:57 Asia/Baku