May 26, 2015 17:09 Asia/Baku

Beynəlxalq Səhər telekanalının Azəri xidməti adı ilə 1992-ci il Noyabr ayından fəaliyyətə başlamış Səhər Azəri Tele-Radio Kanalı 24 May 2015-ci milad ilindən 24 saatlıq yayım rejiminə keçmiçdir və azərbaycandilli tamaşaçılar və dinləyicilər üçün proqramlar yayımlayır.

Səhər Azəri Tele-Radio Kanalı 

1992-ci ildə öz fəaliyyətinə başlamış Səhər telekanalının Azəri xidməti adı ilə öz fəaliyyətinə başlamış bu Tele-Radio kanalı, zaman keçdikcə Azərbaycan Respublikası xalqının tələblərini nəzərə alaraq, öz fəaliyyətini genişləndirib.
Bu istiqamətdə Səhər Azəri Tele-Radio Kanalı tamaşaçıları və dinləyicilərinin marağında duran mövzuları araşdıraraq, İslam əsaslarının tanıtdırılmasına çalışır və İran-Azərbaycan Respublikasının müsəlman xalqları arasında əlaqələrin möhkəmlənməsi məqsədilə fəaliyyət edir.
İran bədii filmləri və teleseriallarının yayımı, informasiyaların çatdırılması, xəbərlər, sənədli filmlər, siyasi təhlil , ictimai, dini və maarif proqramlarının hazırlanması, tamaşaçıların və dinləyicilərin uşaqlardan tutmuş müxtəlif yaş qrupları və bütün kütlələrini nəzərə alaraq, verilişlərin efirə verilməsi bu Tele-Radio Kanalının xidmətlərindəndir.

 


---------------------------------------------------------------------------------------------------------------------

 

Elektron poçt:     [email protected]      və      [email protected]


Veb-adresi:                                            http://azeri.sahartv.ir
İnternetdə canlı yayım:                          http://azeri.sahartv.ir/tv/live
Facebook səhifəsi:                                https://www.facebook.com/sahartvazeri

Youtube ünvanı:                                    http://www.youtube.com/azsahartv1

twitter:                                                    http://twitter.com/saharazeritv

google plus:                                           http://plus.google.com/113201387135623651812

 

 

--------------------------------------------------------------------------------------------------------------------

 

Telefon nömrələri:

                                            00 98 21 22 01 36 79

                                            00 98 21 22 16 27 30
Faks:          

                                           00 98 21 22 01 36 79


Avtomatik səsyazma nömrəsi:

                                          00 98 21 27 86 27 30

 

 


Poçt ünvanı:

Tehran, Vəliəsr (ə) prospekti, Cam Cəm küçəsi, İran İslam Respublikasının Teleradio Təşkilatı, Beynəlxalq Səhər telekanalı.   indeks : 19395-6767

 


Əsas Proqramlar:


Xəbərlər

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.
 

AzadArena

Azad fikir bildirmək, sosial məsələləri tam sərbəst şəkildə aydınlaşdırmaq və onlara həll yolu tapmaqda ictimai fikirdən bəhrələnmək istəyirsinizsə, AzadArena verilişinin yalnız tamaşaçısı olmayın. AzadArena-nın aktiv iştirakçısı olun : [email protected]

Kompas

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.
 

Ailə verilişi

Öz ailə həyatınız üçün, ona mənəvi ruh və sağlaçlıq bəxş etmək və öz ətraf mühitinizi gözəl və sevincli etməyə olan ehtiyacınıza cavabı bu proqramda tapacaqsınız.
Müxtəlif yeməklərin bişirilməsi, əl işləri, evdarlıqla bağlı məlumatların öyrənilməsi və ekspertlərin məsləhətini Həyat Aynası proqramında izləyə bilərsiniz.

 

İlahi Həyat

Dini mütəxəssislər bu proqramda sizin islam təlimləri və əsasları barəsindəki suallarınızı cavablandırır və şübhələrinizə aydınlıq gətirirlər.
İran teleserialları
İranın bir çox janrlarda olan əsərlərini azəri dilində ən yaxşı dublyajlarla seyr etmək üçün hər gün  Beynəlxalq Səhər telekanalının Azəri xidmətinin tamaşaçısı olun.
Uşağ verilişi
Qönçələr proqramı hər gün sizin evlərinizin qonağı olur və sizin fidanlarınızla söhbətləşirlər.
Bədii film
Hər həftənin bazar günü azəri dublyajı ilə İranın bir bədii filminə tamaşa edə bilərsiniz.

 

Çox soruşulan suallar:

 


1- “Səhər” kanalı hansı ildə təsis olunub və hansı bölmələrə şamil olur?


İran İslam Respublikası Teleradio Təşkilatının Sərhədaşırı Bölməsi hazırda İranın media fəaliyyətləri səhnəsində 60 ilə yaxın iştirak üzrə fəaliyyət keçmişi ilə 1983-cü ildə müavinlik səviyyəsinədək yüksəldi və öz iş dairəsini genişləndirdi. Hərçənd həmin ildə Sərhədaşırı Bölmənin ilk televerilişlərinin yayımının əsası qoyuldu, lakin “Səhər” beynəlxalq kanalının  müstəqil mahiyyətinin elan olunması 1997-ci ilə qayıdır.
SƏHƏR Beynəlxalq Kanalı Hal-hazırda 5 Tele-Radio Kanalını əhatə edən bir kompleksdir :
Azəri, Fransız , Kürd, Bosniya  və Ordu Tele – Radio Kanallarından ibarət olan SƏHƏR Beynəlxalq Kanalının hələlik Azəri, Kürd və Ordu Tele-Radio Kanalları sutkalıq fəaləyyət edir.


2- Bu kanalin informasiya, ixtisas və sair kanallarla müqayisədə mahiyyəti nədən ibarətdir və hansı verililişləri hazırlayıb, yayır?


“Səhər” ümumi bir kanaldır və onun verilişlərinin ümumi strukturunun tərkibini xəbərlər buraxılşı, tamaşa, dialoq, sənədli, habelə siyasi-mədəni, ictimai və iqtisadi mövzulardan ibarət çeşidli spektrlərə malik sair verilişlər təşkil edirlər.
Kanalın əsas bünövrəsi və formasını “yaradıcılıq” və onun əsas hədəflərini mədəni-siyasi məqsədlər təşkil edir. “Səhər” beşlik Tele-Radio kanalları canlı verilişlər yaymaqdan əlavə, İranın digər kanallardan təmin edilən verilişlərin yenidən işlənməsi və müxtəlif qruplarda və  kanallarda istehsal olunmuş verilişlərin yayımını öz gündəmlərində saxlayırlar.


3- “Səhər” Tele-Radio kanalları hal-hazırda gündə neçə saat verilişlər yayırlar?


Yuxarıda da qeyd olunduğu kimi Azəri , Kürd və Ordu Tele-Radio kanalları hazırda sutkaliq yayımlanır .

Bosniya və Fransiz kanallarının  isə 6 saatlıq efir zamanı var.


4- Səhər Azəri Tele-Radio Kanalı neçənci ildə təsis edilib?


Bu kanal vaxtı ilə Beynəlxalq Səhər Telekanalının Azəri Televiziyası adı altında 6 noyabr 1992-ci ildə təsis edilib. 24 saatlıq yayım rejiminə keçməzdən əvvəl ümumi efir vaxtı 8 saat olmuşdur.

Azəri Tele-Radio Kanalı 24 May 2015-ci milad ilindən 24 saatlıq yayım rejiminə keçmişdir.
Kanalın rəsmi internet adresi: http://azeri.sahartv.ir
Ünvan: Tehran, Vəli Əsr(əc) prospekti, Cam-Cəm, İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı, Beynəlxalq Səhər Telekanalı
İndeks: 19395-6767


7 Proqram və verilişlərin mübadiləsi, müxtəlif proqramların alışı və ya Beynəlxalq Səhər Telekanalının istehsalı olan verilişlərin yayım haqqının əldə edilməsi kimi məsələlər üçün Beynəlxalq Səhər Telekanalı ilə necə əlaqə saxlamaq olar?


Siz Beynəlxalq Səhər Telekanalının Verilişlərin Hazırlanması və Təmin Edilməsi bölməsi ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +98 21 221 628 42
----------------------------------------------------------------------------------------------------


Səhər Azəri Tele-Radio Kanalının tezlikləri:


 

Satelit:     Hot bird @ 13° E     Frequency: 10775  H   Symbol rate: 29900  

Satelit:     Badr 5 @26 E          Frequency:  12322 V   Symbolrate:  30000      

Satelit:      Badr 5 @26 E         Frequency:  12284 V   Symbolrate:  30000      
----------------------------------------------------------------------------------------------------

 


Təbriz və Aran radiolarının efir saatı və tezlikləri haqda məlumat belədir:

Efir saatı :

Təbriz radiosu

Səhər saatı

Tehran vaxtı ilə     07:50 - 09:50Bakı vaxtı ilə         07:20 - 09:20

 

Axşam saatı

Tehran vaxtı ilə     19:50 - 21:20Bakı vaxtı ilə         19:20 - 20:50

Təkrar

Tehran vaxtı ilə     05:00 - 07:50Bakı vaxtı ilə         04:30 - 07:20

Elektron ünvanı:    http://aztabriz.irib.ir

 

Aran radiosu

Tehran vaxtı ilə     09:50 - 13:50Bakı vaxtı ilə         09:20 - 13:20

Təkrar

Tehran vaxtı ilə     14:50 - 18:50Bakı vaxtı ilə         14:20 - 18:20

 

Elektron ünvanı:    http://aran.irib.ir

 

Tezliklər : 

 FM : 88.5 Mhz , 101.3 Mhz , 101.9 Mhz

Orta dalğa :     1323 Khz , 702 Khz

 

 

Teqlər

Əlaqədar məlumatlar