Sen 12, 2018 12:40 Asia/Baku

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Əgər İran və 5+1 qrupu arasındakı nüvə anlaşması sonda uğursuzluğa düçar olarsa, ağır nəticələrə səbəb olacaq və İran öz nüvə proqramını öncə olduğundan daha güclü formada sürətləndirəcək.

Verilişin müddəti : 00:01:28

Tarix : 2018/09/12

-------------------------------------------------------------------------

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi "Asoşeyted Press"ə verdiyi müsahibədə deyib: ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmaq qərarı bu ölkəni uduzan tərəfə çevirdi. 

Ə.Salehi həmçinin, nüvə anlaşmasının davam edəcəyinə ümidvar olduğunu bildirib.

İranın Atom Enerjisi Təşkilatının sədri daha sonra İranın nüvə alimlərinin hücuma məruz qalacaqları təqdirdə, bunun çox ağır nəticələrinin olacağına dair xəbərdarlıq edib. 

Ə.Salehi əlavə edib: ABŞ prezidenti uduzub. Çünki, O, sadəcə zorakılıq məntiqinə əsaslanır və bu yolu hələ bir müddət üçün davam etdirə biləcəyini düşünür. Amma, Amerika nüvə anlaşmasından çıxmaqla heç nə əldə etməyəcək. 

İranın Atom Enerjisi Təşkilatının sədri ötən gün də İranda İnqilab Rəhbərinin göstərişi əsasında ən modern sentrifuqaların istehsalı üzrə modern bir mərkəzin təsis edilməsindən xəbər vermişdi. 

İslam İnqilabının Böyük Rəhbəri 4 iyun 2018-ci ildə İranın Atom Enerjisi Təşkilatına nüvə anlaşması çərçivəsində 190 SU-ya çatmaq üçün dərhal lazımi işlərin görülməsinə dair təlimat vermişdilər. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər