Noy 08, 2018 19:42 Asia/Baku
  • Bu gün İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür

Bu gün bazar günü 1440-ci hicri qəməri ili 29 səfər, 2018-ci il 8 noyabr dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza (ə) 148-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya göz açdı və 203-cü hicri qəməri ili səfər ayının son günü şəhid edildi. 

Həzrət İmam Rzanın həyatı və imamlıq dövrü insanların Əhli-Beytə (ə) marağının daha çox artdığı və Əhli-Beytin (ə) ictimai bazalarının genişləndiyi dövrdür. 

İnsanların dünya şiələrinin 8-ci imamına (ə) maraqlarının artması ilə Abbasilər xəlifəsi Məmun məkrli plan hazırlayaraq onu zəhərlədi və şəhid etdi. 

İslami İranın xalqı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsi və günündə, hüseyniyyələr, məscidlər, Məşhəddə o həzrətin pak ziyarətgahı, Qum şəhərində Həzrət Məsumənin (s.ə) ziyarətgahında əzadarlıq edir. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü ilə əlaqədar bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir. 

Teqlər