İyun 14, 2019 13:15 Asia/Baku
  • Zərif: Amerikanın İrana qarşı iddiası “B” qrupunun təxribatçı planı əsasındadır

İranın xarici işlər naziri amerikalı rəsmilərin Oman dənizində iki tankerin partlamasında Tehranın əlinin olmasına dair iddialarına cavab olaraq, deyib: Vaşinqtonun Tehrana qarşı əsassız iddiaları göstərir ki, “B” qrupu təxribat diplomatiyası olan “B” planını izləyir.

Məhəmməd Cavad Zərif bu gün twitter-dəki şəxsi səhifəsində yazıb: Bilirəm, “B” qrupunun təfəkkürü haradan qaynaqlanır. O, əlavə edib: Amerikanın real fakt və sənədlər təqdim olunmadan İrana qarşı ittihamlar irəli sürməsi göstərir ki, Amerika milli təhlükəsizlik müşaviri Con Bolton, sionist rejimin baş naziri Benyamin Netanyahu, səud vəliəhdi Muhəmməd bin Salman və Əbu-Dəbi vəliəhdi Muhəmməd bin Zaiddən təşkil olunmuş “B” qrupu Yaponiyanın baş naziri Şinzo Abenin bölgədə gərginliyin azaldılması üzrə addımlarını pozmaq diplomatiyasını izləyir ki, İrana qarşı iqtisadi terrorizm məsələsi gizli qalmış olsun.

Dünən sübh Oman dənizində Yaponiyaya aid olan və neft məmulatları daşıyan iki tanker yanğına düçar oldu.

İranın limanlar və dənizçilik təşkilatının dəniz axtarışı və xilası bölməsi bu hadisənin baş verməsindən dərhal sonra bu iki tankerin ekipaj üzvlərini xilas edərək, münasib və müalicə xidmətlərinin göstərilməsi məqsədilə İrann cənubundakı Cask limanına köçürdü.

ABŞ dövlət katibi Mayk Pompeo dünən axşam heç bir fakt təqdim etmədən Oman dənizində iki tankerə qarşı hücumda İranı məsuliyyət daşıyan tərəf kimi təqdim edibdir.

İran hökumətinin sözçüsü dünən bölgə ölkələrinə xəbərdarlıq edibdir ki, bölgədəki səbatsızlıqdan mənfəət qazanan kəslərin tələsinə düşməsinlər.

Teqlər