Yan 26, 2020 12:13 Asia/Baku
  • Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar
    Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar

Fələstinli mənbələr bu gün səhər çağı sionist rejimin hərbi təyyarələrinin Qəzzə zolağına hücum etməsindən xəbər veriblər.

İRNA-nın verdiyi məlumata görə, fələstinli qaynaqlar bildiriblər ki, sionist rejimin hərbi təyyarələri Qəzzə zolağının cənubunda yerləşən Xan Yunusu bombalayıblar. 

Bu hücumlar elə bir şəraitdə həyata keçir ki, Benyamin Netanyahunun Vaşinqtona gözlənilən səfərində Trampla görüşündə əsrin sövdələşməsi adlanan planı müzakirə edəcəyi bildirilir. 

Sionist rejimin hərbi təyyarələri, vertolyotları, Pilotsuz Uçan Aparatları və artileriyası son həftələrdə Qəzzə zolağının müxtəlif yerlərini dəfələrlə hədəfə alıb. 

Sionist rejim 2017-ci il dekabrdan bəri Qəzzə zolağına qarşı hava hücumlarının yeni etapını başladıb. 

Bu hücumlar daima əsassız bəhanələrlə həyata keçir. 

Sionist rejimin Qəzzə zolağına hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub yaxud yaralanıb. 

Qəzzə zolağı 2006-cı ildən İsrailin quru, hava və dəniz mühasirəsindədir və sakinləri çoxlu problemlər yaşayır. 

Teqlər