Apr 08, 2020 14:11 Asia/Baku
  • İranda milli nüvə texnologiyası günü
    İranda milli nüvə texnologiyası günü

Bu gün, aprelin 8-i, İranın nüvə alimlərinin nüvə yanacağı dövriyyəsini təkmilləşdirmək üzrə iftixardolu səylərinə təşəkkür əlaməti olaraq, İranda milli nüvə texnologiyası günü adlandırılıbdır.

İranlı alimlər 2006-cı ildə belə bir gündə laboratoriya miqyasında nüvə yanacağı dövriyyəsini təkmilləşdirməyə nail oldular.

İranlı alim və mütəxəssislərin uranın zənginləşdirilməsi texnologiyasına nail olmaları və İran istehsalı olan sentrifuqalar vasitəsilə tam zənginləşdirmə halqasının işə salınması sahəsindəki uğuru xəbərinin MAQATE-yə elan olunması ilə İran İslam Respublikası dinc fəaliyyətlər sahəsində uran zənginləşdirilməsində texnologiya sahibi olan ölkələr sırasında qərar tapdı.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən İranda milli nüvə texnologiyası günü münasibətilə etdiyi bir müraciətdə bu təşkilatın ötən bir il ərzindəki 122 yeni nailiyyətinin təqdimatına işarə edərək, vurğulayıb: Bu nailiyyətlər İranın Atom Enerjisi Təşkilatının qürurgətirən fəaliyyətlərinin hərtərəfli inkişafında yeni fəslin başlanması müjdəsini verir.

Salehi bildirib ki, dünya imperializminin İrana qarşı zalımcasına sanksiyaları şəraitində ölkənin tibb icmasının ehtiyaclarını təmin etmək İranın Atom Enerjisi Təşkilatı üçün milli və etik bir vəzifə sayılır.

O, sonra deyib: Nüvə tibbi sektoru ilə bağlı xidmətlər, məhsulların daha da genişləndirilməsi, ölkənin səhiyyə və müalicə mərkəzlərinin dərman ehtiyaclarının geniş və əhatəli miqyasda təmin edilməsi qənaətbəxş sürətlə həyata keçirilməkdədir.

İranın Atom Enerjisi Təşkilatının sədri bu müraciətdə vurğulayıb: Nüvə sənayesinin zəhmətkeşləri bu strateji sənayenin nailiyyətlərinin müxtəlif sahələrdə günü-gündən genişləndirilməsini gündəmə daxil ediblər.

BU GÜN, İRANDA MİLLİ NÜVƏ TEXNOLOGİYASI GÜNÜDÜR

 

Teqlər