May 08, 2020 15:32 Asia/Baku
  • Çin koronavirus peyvəndini heyvanlar üzərində uğurla sınaqdan keçirib

Çİnli mənbələr koronavirus peyvəndinin heyvanlar üzərində uğurlu sınağından xəbər veriblər.

Çində «Yi-Si» saytı bu gün bildirib ki, «pikovaks» vaksinasını Pekin şəhərində yerləşən «Sinovak Biotek» şirkəti düzəldib. Bu vaksina meymunlar üzərində uğurla sınaqdan keçirilib.

Bu peyvənd meymunlar üzərində sınaqdan keçirildikdən sonra onlarda antibodinin yaranmasına səbəb olub və onların immun sistemlərini virusu aradan götürə biləcək həddə gücləndiribdir.

Bu vaksinanın sınağı gedişində üç həftədən sonra meymunların bədəninə koronavirus yeridilib. Bir həftə sonra aparılan testlər göstəribdir ki, meymunların ağ ciyərləri virusdan təmizlənibdir.

İlk dəfə Çinin Uhan şəhərində müşahidə olunan koronavirus demək olar ki, bütün dünyaya yayılıbdır.

ÇİN COVID-19 PEYVƏNDİNİ HEYVANLAR ÜZƏRİNDƏ UĞURLA SINAQDAN KEÇİRİB

Teqlər