May 22, 2020 15:05 Asia/Baku
  • Türkiyə bir daha Təl-Əvivin planına qarşı çıxdığını vurğuladı

Türkiyə bir daha sionist rejimin qərb sahilindən bəzi hissələri işğal olunmuş Fələstinə qatmaq üzrə hərəkətilə öz müxalifətini vurğulayıb.

SaharAzeri xəbər verir:Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Fələstinin xarici işlər naziri Riyad Əlmaliki ilə telefon söhbətində bir daha Ankaranın sionist rejimin qərb sahilindən bəzi hissələri işğal olunmuş Fələstinə qatmaq barədəki qərarı ilə müxalif mövqeyini vurğulayıb.

Fələstin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Çavuşoğlu Əlmaliki ilə telefon söhbətində vurğulayıb ki, Türkiyə bu planın uğursuz qalması istiqamətində Fələstin hökumətinin kənarındadır və onu himayə edir.

Türkiyə və Fələstinin xarici işlər nazirləri həmçinin sionist rejimin sözügedən planı ilə müxalifət və Fələstinin mövqeyini tam şəkildə himayə etmək məqsədilə İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin təcili və növbədənkənar iclasının keçirilməsini istəyiblər.

Fələstin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Çavuşoğlu və Əlmaliki dünən etdikləri bu söhbətdə həmçinin qeyd olunan səylərin uğur qazanması, eləcə də Fələstinin mövqeyinə beynəlxalq dəstəyin səfərbər edilməsi və sionist rejimə təzyiq göstərmək məqsədilə tərəflərin ahəngdarlığı və inteqrasiyasının təkmilləşdirilməsi haqda İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin iclasından sonra təcili sammitin keçirilməsi ehtimalı barədə razılığa gəliblər.

Əlmaliki də koronavirusla mübarizə üçün Türkiyənin fələstinlilərə tibb yardımları göndərməsinə görə təşəkkür edib.

TÜRKİYƏ BİR DAHA TƏL-ƏVİVİN PLANINA QARŞI ÇIXDIĞINI VURĞULADI

Teqlər