Noy 25, 2020 05:13 Asia/Baku
  • Qarabağda mina partlayışında ölən və yaralananlar var

Qarabağ bölgəsində baş verən bir mina partlayışında Azərbaycan Respublikasının bir hərbçisi ölüb, Rusiya ordusunun bir zabiti və sülhü mühafizə qüvvələrindən dörd nəfər yaralanıb.

SəhərAzəri xəbər verir, Partlayış Madaqiz- Suqovuşan kəndinin yaxınlığında baş verib.

Bu partlayışda yaralananlar Bakıda yerləşən bir xəstəxanaya aparılıblar.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ bölgəsində baş verən son döyüşlər sentyabrın 27-də başlandı və tərəflərdən minlərlə nəfərin ölməsi və yaralanmasına bais oldu.

Azərbaycan Respublikası və Ermənistan noyabrın onunda Rusiyanın vasitəçiliyi ilə Qarabağdakı savaşa son qoymaq üçün razılığa gəldilər.

Teqlər