Fev 20, 2021 20:29 Asia/Baku
  • İnqilab «Əsas məsələlərdə roloynama» ordenini ölkənin rəşadətli gənclərinin sinəsinə taxdı

Həzrət Ayətullahuluzma Xamenei Avropadakı Tələbələrin İslami Cəmiyyətləri Birliyinin 55-ci konfransına müraciətdə «Əsas məsələlərdə roloynama» ordeninin ölkənin rəşadətli gənclərinin sinəsinə taxılmasını İslam İnqilabının ən üstün iftixarlarından adlandırıblar.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İslam İnqilabının Böyük Rəhbərinin Avropadakı tələbələrin məsələləri üzrə nümayəndəsi höccətulislam vəlmuslimin Əhməd Vaezi tərəfindən bu birliyin virtual konfransında qiraət olunan həmin müraciətdə bildiriblər: Keçən hər gündə gənclərin ölkənin inkişafında və onun gələcəyinin təmin edilməsindəki rolunun əhəmiyyəti daha çox aşkar olur. Koronavirus pandemiyası da bunu bir daha sübuta yetirdi. Gənclərin bu məsələdəki şövqlü ümidi, stimulu və ciddi-cəhdi ölkənin bir çox məsələlərində olduğu kimi elmi və praktik açılışlara təkan verdi. Bu, «Əsas məsələlərdə roloynama» ordenini ölkənin rəşadətli gənclərinin sinəsinə taxa bilən İslam İnqilabının ən üstün iftixarlarından biridir.

İslam İnqilabının Böyük Rəhbəri sonra vurğulayıblar: Siz əziz tələbələrdən gözlənilir ki, ixtiyarınızda olan bu böyük fürsətdə, özünüzü elmi, dini və əxlaqi səlahiyyətlərlə daha çox təchiz edərək, rol oynamağa hazır olun və İslami Cəmiyyətlər Birliyi bu sahədə ağır və əlbəttə, iftixarlı bir vəzifəyə malikdir.

Teqlər