May 01, 2021 21:37 Asia/Baku

Mübarək ramazan ayının 21-ci gününün gecəsi- qədr gecələrindən ikinci gecənin və şiələrin birinci imamı Əmirəlmöminin Həzrət Əli (ə)-ın şəhadəti gecəsi mərasimləri xalqın geniş iştirakı ilə bütün İran boyu məscidlərdə və dini məkanlarda keçirilib.

Verilişin müddəti : 00:51:33

Tarix :                  01-05-2021

 

İmamət və vilayət aşiqləri mübarək ramazan ayının 21-ci gününün gecəsində və qədr gecələrindən ikinci gecəsində bütün İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gələrək, obaşdanadək Quran qiraət edib, Əlqous Əlqous deyib, Coşən Kəbir duasını və əzəmətli ilahi adları zümzümə ediblər.

İsmət və paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri də möminlər ağası Əmirəlmöminin Həzrət Əli (ə)-ın vəsfində növhələr oxuyub, mərsiyələr deyiblər.

Müqəddəs Məşhəd şəhərində də dünya şiələrinin səkkizinci imamı- Samin Əlhöcəc(ə)-ın müqəddəs ziyarətgahının səhni və eyvanları özlərini yaxından və uzaqdan Rəzəvi hərəminə çatdırmış zəvvarlarla dolu idi. Onlar Qurani-Kərimi başları üzərinə qoyub, Allah-Taala ilə razu-niyaz edərək, mənəviyyatla dolu xas bir əhval-ruhiyyəni mübarək ramazan ayının 21-ci gününün əhya mərasiminə bəxş etmişdilər.

 

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər