May 04, 2021 21:37 Asia/Baku

Bu gün dünya şiələrinin birinci imamı və müttəqilərin mövlası Həzrət Əlinin (ə) şəhadəti günündə dünya müsəlmanları matəm və kədər içindədirlər.

Verilişin müddəti : 00:51:33

Tarix :                  04-05-2021

 

SəhərAzəri xəbər verir ki, bu gün 1442-ci hicri qəməri ili Ramazan ayının 21-i dünya şiələrinin birinci imamı Həzrət Əlinin (ə) şəhadəti günüdür.

Paklıq Əhli-Beyti(ə) xanədanının vurğunları dünya şiələrinin birinci imamının şəhadətinin ildönümü günündə bütün İranda qara bayraqlar dalğalandırıb, hüseyniyyələr, təkyələr, məscidlər, mənzillər və mağazaların qapılarının üstünü qaraya bürüyərək, Həzrət Əlinin (ə) şəhadəti ilə bağlı matəm saxlayıblar.  

40-cı hicri qəməri ili mübarək Ramazan ayının 19-u günü səhər tezdən xəvaric qrupundan olan İbn Mülcəm Muradi Həzrət Əli (ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına endirdi.

O, həzrət zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək ramazan ayının 21-ci günü şəhid oldu.

İran İslam Respublikası Teleradio Təşkilatı dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü ilə bağlı bütün müsəlmanlar və digər azadlıqsevərlərə başsağlığı verir.

 

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər