Rus Atom: Buşehr AES-nin 2 və 3-cü sektorlarının inşasına 2015-in payızında başlanacaq
İyun 02, 2015 10:37 Asia/Baku
Buşehr Atom Elektrik Stansiyasının 2-ci və 3-cü sektorlarının inşası və təchiz olunması işinə 2015-ci ilin payızında başlanacaq.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istindla verdiyi məlumata görə, Rusiyanın Atom Agentliyinin direktoru Sergey Krinko bazar ertəsi günü bildirib: İranda Buşehr AES-nin 2-ci və 3-cü sektorlarının inşası və təchiz olunması işinə 2015-ci ildə başlanacaq. Buşehr AES-nin yeni sektorlarının 2 reaktoru olacaqdır. Bu reaktorların hər biri 1000 meqavatlıq elektrik istehsal edə biləcək və İranın nüvə enerjisinin istehsalı üçqat olacaqdır. İran və Rusiya sülhməramlı nüvə enerjisindən istifadə üzrə 1992-ci ildə anlaşma imzalamışlar.