İyul 07, 2015 08:27 Asia/Baku
  • Xarici işlər nazirləri razılığa çatmaq üçün iki dövrdə məşvərət ediblər
    Xarici işlər nazirləri razılığa çatmaq üçün iki dövrdə məşvərət ediblər

Müzakirələr üçün elan olunmuş zamanın bitməsinin yaxınlaşması ilə Lozanna bəyannaməsindən sonra İran və 5+1 qrupunun xarci işlər nazirlərinin birinci ümumi iclası Avropa Birliyinin xarci siyasət üzrə koordinatoru Federika Moqerinin iştirakı ilə Vyanada keçirilib.

İran, Fransa, Almaniya, İngiltərə, Çin və Rusiyanın xarici işlər naziriləri və ABŞ dövlət katibi dünən axşam və gecə ixtilaflı məsələlərin həlli üçün iki dəfə ümumi iclas keçiriblər.
İran ilə Altılığın xarici işlər naziriləri müavinləri və ekspertlərinin iclasları xarici işlər nazirilərinin iki dövr iclasından sonra davam edir.
İran və 5+1 qrupunun xarci işlər nazirlərinin üçüncü dövr müzakirələri bu gün səhər də davam etdiriləcək.
Fransanıın xarici işlər naziri Loran Fabius bildirib ki, müzakirə aparanlar bir marafonun çox çətin, amma mühüm olan son metrlərindədirlər.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xarici işlər nazirlərinin ümumi iclasının keçirilməsindən öncə ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşdən əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də görüşüb. İki tərəf bu görüşdən sonra yaydığı birgə bəyanatda ümidvarlıq edib ki, İranın nüvə işi ilə bağlı yerdə qalan bütün ixtilaflar ən qısa zamanda həll olunacaq. Bu bəyanatda həmçinin qeyd olunub ki, İran və Rusiyanın xarici işlər nazirləri nüvə müzakirələrinin hazırkı şəraiti və onun gedişi haqda öz nəzərlərini bir araya qoyublar və yerdə qalan ixtilafların həlli üçün təcili və qəbulediləsi çözüm yolunun əldə olunmasına öz təmayüllərini vurğulayıblar.
Çinin xarici işlər naziri Vanq Yi də Vyanada müxbirlər qarşısında deyib ki, İran və Amerika çətin qərarlara gəlməlidirilər.
ISNA xəbər agentliyinin məlumatına görə, xəbərlər BMT-nin Vyana iqamətgahının nüvə müzakirələrinin yekun mərasiminin keçirilməsi üçün hazırlanmasından söz açır. Bəzi media mənbələri bildiriblər ki, çərşənbə axşamı günü axşamçağı müzakirələrin nəticəsi elan olunacaq.
Belə bir halda, bəzi digər xəbər qaynaqları isə nüvə müzakirələrinin cümə axşamı gününədək davam edəcəyindən danışırlar.
İranın nüvə müzakirə komandasının üzvləri dəfələrlə vurğulayıblar ki, yaxşı razılaşmanı zamana qurban etməyəcək və qəbulediləsi və möhkəm razılaşmaya nail olmaq üçün təyin olunmuş zamanların əsiri olmayacaqlar.

Teqlər