Sen 03, 2017 19:24 Asia/Baku
  • General Cəzairi: İran silahlı qüvvələri ABŞ-ın təsiri altına düşmür

İran İslam Respublikası silahlı qüvvələrinin sözçüsü İran silahlı qüvvələrinin öncədən təyin edilmiş proqram əsasında öz müdafiə proqramlarını davam etdirdiyini deyərək, İran silahlı qüvvələrinin hansısa təsir altına düşmədiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Məsud Cəzairi bazar günü ABŞ rəsmilərinin İranın hərbi mərkəzlərinə baxış keçirmək barədə səsləndirdikləri fikirlərə reaksiya olaraq deyib: Bu sözlər hüquqi baxımdan heç bir dəyərə malik deyil. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Haley 23 avqust 2017-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Yokio Amano ilə görüşünün ardınca iddia etmişdi ki, nüvə anlaşması İranın hərbi və qeyri-hərbi mərkəzlərinə baxış keçirilməsi arasında hər hansı bir fərq qoymur. 

General Cəzairi əlavə edib: Nüvə anlaşmasının təkmilindən söz açanlar bilməlidirlər ki, nüvə anlaşmasının təkmilləşdirilməsi ABŞ və digər müzakirə tərəflərinin öz öhdəliklərinə əməl etməsindən ibarətdir. 

İran silahlı qüvvələrinin sözçüsü daha sonra deyib: ABŞ dünyanın ən iri nüvə cəbbəxanası və kütləvi qırğın silahlarına malik olduğu bir halda, İran İslam Respublikası dini inanclarına görə nüvə silahının istehsalını qeyri-düzgün hesab edir və heç vaxt bu işə əl atmayacaq. 

Teqlər