İyun 15, 2018 16:29 Asia/Baku
  • Ruhani: Bütün ölkələr Ağ Ev başçılarının zorakılıqları qarşısında dayanmalıdırlar

İran İslam Respublikası prezidenti deyib: Bu gün İranın bütün ticarət şərikləri, Avropa, Rusiya, Çin, qonşu və müsəlman dövlətlər və bütün ölkələr Ağ Ev başçılarının zorakılıqları qarşısında müqavimət göstərməlidirlər.

Həsən Ruhani cümə günü ölkə rəsmiləri, müxtəlif təbəqələrdən olan xalq kütləsi və İslam ölkələri səfirlərinin Fitr bayramı münasibəti ilə  İnqilab Rəhbəri ilə görüşündə hazırkı şəraitdə düşmənin təcrübə və məntiqə malik olmadığını deyərək, əlavə edib: Düşmən yalnız İran xalqı qarşısında öhdəliklərini deyil, bütün beynəlxalq və regional öhdəliklərini pozmaq niyyətindədir.

Ruhani əlavə edib: Əfqanıstan, Suriya, İraq və Yəməndən tutmuş digər ölkələrə kimi hər yerdə əli xalqların qanına bulaşan bir qüdrətin sülhsevərlik niqabı taxaraq, müzakirə və sülhdən dəm vurması və hər gün günahsız insanları qırğın etməklə məşğul olan bir rejimin İran İslam Respublikası quruluşu və İran xalqı barədə yanlış sima təqdim etmək üçün yolçuluqla məşğul olması son dərəcə heyrətamiz bir məsələdir.

İran prezidenti həmçinin, mənəvi atmosferin, birliyin, etimadın və gələcəyə ümidin gücləndirilməsinə hər zaman olduğundan daha artıq ehtiyacın olduğunu deyərək, əlavə edib: Dövlət digər güc strukturları və xalqı öz kənarında görməyə ehtiyaclıdır.

Teqlər